Ev Xəbərlər Əkbər Qoşalı Türk Ədəbiyyatı Vəqfinin fəxri üzvü seçilib

Əkbər Qoşalı Türk Ədəbiyyatı Vəqfinin fəxri üzvü seçilib

1849

Qardaş Türkiyənin nüfuzlu qeyri-hökümət təşkilatlarından olan Türk Ədəbiyyatı Vəqfi (TƏV) İdarə heyətinin qərarı ilə tanınmış yazar Əkbər Qoşalı Vəqfin fəxri üzvü seçilib.

Fəxri üzvlük baratı Ə.Qoşalıya, ötən həftə Bakıda səfərdə olan TƏV Başqanı Serhat Kabaklı tərəfindən təqdim edilib.

Bu qərar onun türk xalqları ədəbiyyatçıları arasında əlaqələrin qurulması, türk dünyasının istedadlı gənc yazarlarının üzə çıxarılması kimi xidmətləri nəzərə alınaraq verilib.

Əkbər Qoşalı TƏV başqanlığının onun haqqında qərarına görə təşəkkür edərək, bu qərarın şərəfi qədər məsuliyyətinin də fərqində olduğunu deyib.

Qeyd edək ki, TƏV başqanı Serhat Kabaklının rəhbərlik etdiyi nümayəndə heyəti ötən həftə Bakıda səfərdə olub. Nümayəndə heyətinə “Türk Ədəbiyyatı” dərgisinin Baş yayın direktoru Bəxtiyar Aslan, TƏV-in hüquqşünası Özgür Noyan və TƏV müdiri İmdat Avşar daxildi.