Ev Xəbərlər Əkbər Qoşalının şeirləri xarici ədəbi saytlarda yayınlanıb

Əkbər Qoşalının şeirləri xarici ədəbi saytlarda yayınlanıb

558

Əkbər Qoşalının ingilscəyə çevrilmiş şeirləri Rumlniyanın “World Literature Academy” Ədəbi birliyinin “Vocea Literara” saytında, Belçikadakı “Galaktika Poetike Atunis” Beynəlxalq ədəbi birliyinin “Atunis Poetry” saytında, Banqladeşin “Rid Times” qəzeti və eyniadlı ədəbi saytında yayınlanıb.

Dos.Dr. Təranə Turan Rəhimlinin təqdimatı ilə yayınlanan şeirləri ingilis dilinə beynəlxalq saytlarda tərcüməçi imzasına davamlı olaraq rast gəlinən Sevil Gültən çevirib.

Adıkeçən saytlar beynəlxalq miqyasda yaddaqalan ədəbi layihələrə imza atan ədəbi qurumların orqanı olaraq dünya yazarlarının uğurlarını təbliğ edir, ədəbi əlaqələrin genişlənməsinə xidmət edir.

Bu anlamda “Atunis Poetry” (atunispoetry.com) saytı özəlliklə fərqlənir. Sayt hər ilin yekununda, əsərlərini yayınladığı şairlərin iştirakı ilə poeziya antologiyaları nəşr edir.

Əkbər Qoşalının “Atunis Poetry” saytında yayınlanan şeirləri 2022-cü ilin yekununda nəşr ediləcək “Galaktika Poetike Atunis” antologiyasına daxil edilib.

https://atunispoetry.com/2022/12/11/akbar-goshaly-azerbaijan/

https://vocealiterara.ning.com/blog/poems-by-akbar-goshali-azerbaijan?edited=1

MY HEART IS FULL OF MEMORIES