Ev Xəbərlər Əkbər Qoşalının şeirləri “Xudafərin”, “İdel” və “Dvina” jurnallarında

Əkbər Qoşalının şeirləri “Xudafərin”, “İdel” və “Dvina” jurnallarında

503

Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalının şeirləri 50 illik yubileyi ərəfəsində Güneyli soydaşlarımızın Tehranda çıxardığı “Xudafərin”, qardaş Tatarıstanın nüfuzlu “İdel” və Arxangelskdə çıxan “Dvina” ədəbiyyat jurnallarında yayımlanıb.

dilimizvarligimiz.az xəbər verir ki, Əkbər Qoşalının “Çobanbayatı” poeması “Xudafərin” (www.khudafarin.ir) jurnalında, ərəb qrafikalı fars əlifbasına uyğunlaşdırılaraq dərc edilib. İki min tirajla yayımlanan “Xudafərin” jurnalı 19 ildir işıq elmi-ədəbi, ictimai araşdırma yazılarla oxucuların görüşünə gəlir.

“İdel” isə qardaş Tatarıstanın 1989-cu ildən çıxan nüfuzlu ədəbi-bədii, ictimai nəşrdir. Əkbər Qoşalının “İdel”da yayımlanan şeirlərini tatarcaya tanınmış tatar şair-tərcüməçisi Lenar Şeyx uyğunlaşdırıb.

Arxangelskdə gün üzü görən “Dvina” jurnalı “Quzeyin ədəbi yetişmə yeri” olaraq tərif edilir. “Biz həmyerlilərimizin – milli ədəbiyyatın klassikləri Mixail Lomonosovun, Boris Şerqinin, Fedor Abramovun yaradıcılığına sayğı ilə yanaşır və miras olaraq qoruyuruq”, – deyən özünəxas ədəbi gələnəklərə əsaslanan “Dvina” 20 ildir nəşr olunur. Əkbər Qoşalının “Dvina”da yayınlanan şeirlərini ruscaya Moskvada yaşayan istedadlı şair-tərcüməçi Nilufər Şıxlı çevirib.