Bu gün soyuq deyildi hava. Nə isti, nə də soyuq. 2014-
cü il susqunluğuyla üsyan edirdi 1 aprel… Bax, əsl faciə idi
bu. Yaşım çox azdır o vaxtlar, hələ təəccüb, həyəcan
içindəydim…
Saatların tik-tak səsləri, insanların hayqırtısı, nənəmin
fəryadı, anamın üsyanı, tufanın sərt səsini duyurdum. Sanki
sən gedəcəksən deyə gözlərimi kor etmişdi mələklər. Çox
səssizlikdi. Niyə axı? Baba, axı sən niyə danışmırdın?
Gözlərim niyə kor idi? Niyə əllərin soyuq idi? Axı niyə? Bax,
2014-cü ildə də eynən bu cür söyləyirdim.
Mələklər səni yanlarına götürərkən Tanrımın səsini
duydum o an, bu gün olduğu kimi. Gözlərim görmürdü
həmin anlarda, ancaq getdiyini bilirdim, baba. O vaxtlar çox
qəzəblənmişdim sənə nəvəni qoyub gedirsən deyə. Sonralar
şiddətli bir səs duydum, sanki bu səslə Tanrı məni bir
boşluğa atdı.
Bəli, boşluq idi. Xəfif rüzgarın səsi sovrulur, saçlarımda
uçuşan kəpənəklər məni yuxuya aparırdı, o səhnəni görməyim deyə.
Təəssüf edirəm. Gözlərimin önündə sən tərk etdin bu
fani dünyanı.
O an səs eşitdim. Deyəsən, yenə Tanrım məni
çağırırmış yanına. Orada bir balaca uşaa gördüm, gözlərim
açıldı. Kiçik uşaq qaranlıqdakı kabuslarla savaşır, həm də
hönkür-hönkür ağıayırdı. Bax, tək bir damlasıyla o ölümə
getdi, öz əlləriylə. Mən də o zaman söylədim:
– Cismani yanımızda olmayacaq babam, lakin ruhu
nağıllar dünyamızda dolaşacaq. Biz onun ruhuyla yenə
nəsihətlərini, nağıllarını dinləyərək böyüyəcəyik.
Böyüdüm, ancaq cismani. Ruhən deyil. Tanrımı
görürəm, eynən səni də. Bir gün görüşəcəyik, sağ-salamat,
mənim babam! Ruhun şad olsun!