Ev İctimai “Turizm” ixtisası üzrə təhsil alan tələbələr arasında yarış keçirilib

“Turizm” ixtisası üzrə təhsil alan tələbələr arasında yarış keçirilib

499

ADMİU nəzdində Humanitar Kollecin “Turizm” ixtisası tələbələrinin bilik və praktiki bacarıqlarını yoxlamaq məqsədilə 19 may 2023-cü il tarixində “Heydər Əliyev ili” çərçivəsində, “KVEST” (Team bilding) konsepsiyası əsasında Tur08,TBT-021,TB-021, TBT-022,TBR-021,TBR 022 qrup tələblərindən ibarət olan komandalar arasında yarışma keçirilmişdir.

Dilimizvarlığımız.az xəbər verir ki, tədbirdə 3 komanda iştirak etmişdir:

I- “Xəzər”

II-b“İçərişəhər” (rus bölməsi)

III- “Qədim şəhər”

Yarışmanın ekspertləri ADMİU nəzdində Humanitar Kollecin direktoru, dosent Nərmin Qaralova, direktor müavini Kamran Məsimov, Azərbaycan Həmkarlar Konfederasiyası nəzdində Bakı Turizm Agentliyinin müdiri – Əlixan Mürvətov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Turizm kafedrasının müdiri – Səyavuş Məhişov,”BAYFLİGHT” Turfirmasının icraçı direktoru Tahir Kərimov, eləcə də kollecin “Kulturologiya” şöbəsinin müdiri Göyçək Mustafayeva və müəllimləri Könül Əliyeva,Yasir Hacıyev, Elmira Məmmədova olmuşlar.

Tədbirin açılışında yarışmanın təşkilatçısı Turizm fənnini tədris edən Pedaqoqika üzrə Fəlsəfə Doktoru Gülşən Abbasova çıxış etmiş, Azərbaycan Respublikasının Turizm haqqında Dövlət Proqramında Turizm Sənayesi üçün ən vacib istiqamətlərdən biri olan peşəkar kadrların hazırlanması haqqında qısa məruzə etmişdir.

Yarışma 2000-ci ildə UNESKO-nun Ümumdünya İrs Siyahısına salınmış Dövlət Tarix-Memarlıq Qoruğunda keçirilmişdir. Komandalar üçün üzərində 12 tarixi obyekt yerləşən 3 marşrut tərtib olunmuşdur.Hər komandanı 3 nəfərdən ibarət olan Təlimçi-Ekspertlər müşaiət etmişlər. Təlimçilərə İçərişəhərin xəritəsi, marşrut üzərində olan obyektlərin siyahısı, iştirakçılara veriləcək suallar və qiymətləndirmə vərəqi təqdim olunmuşdur.

Ekspertlərin vəzifələri tələbələrin verdiyi məlumatı dinləmək, turun aparılma texnikası və təhlükəsizlik qaydalarına riayət edilməsinə diqqət yetirmək, verilən məlumatlarla əlaqəli suallara cavab almaq və onu qiymətləndirmək olunmuşdur. Bundan başqa iştirakçıların yaradıcılıq qabiliyyətlərini yoxlamaq məqsədilə bəzi nöqtələrdə xüsusi tapşırıqlar verilmişdir. Buna nümunə olaraq, Xovsuz xalçanın rəsminin çəkilməsi tapşırığında xüsusi dəvət olunmuş rəssam-animatorlar tərəfindən qiymətləndirilmişdir. Növbəti tapşırıq, Bakıda Sovet dönəmində çəkilmiş filmlər haqqında məlumat verməklə “Briliyant əl” filminin çəkiliş yerində “Чёрт побери” səhnəsinin canlandırılması olmuşdur. Son olaraq, marşrutun 12-ci nöqtəsində verilmiş 2 tapşırıqdan biri milli rəqslərin ifası, onların tarixi ilə bağlı suallara cavab və qiymətləndirilməsi olmuşdur. Hamını heyrətləndirən və maraq doğuran sonuncu tapşırıq çay ənənəmizlə bağlı idi. İştirakçılar çay haqqında maraqlı məlumatlar vermiş, təlimçilərin suallarını cavablandırmış və tapşırığın sonunda hər qrup tərəfindən çayın düzgün texnologiyaya riayət edərək, müxtəlif növ çayların dəmlənməsini nümayiş etdirmişlər. İştirakçılar qoyulmuş bütün vəzifə və tapşırıqların öhdəsindən məharətlə gəlmiş və yarış tələbələrimizin yüksək əhval-ruhiyyəsi ilə başa çatmışdır.

Ekspertlərin səs verməsi nəticəsində “Xəzər”komandası l-ci , “İçərişəhər” komandası ll-ci, “Qədim şəhər” komandası lll-cü yerlərə layiq görülmüşdür.