Ev Xəbərlər Aysel Kərimin “Kəpənəyin göz yaşı” adlı şeir kitabının təqdimat mərasimi keçirilib –...

Aysel Kərimin “Kəpənəyin göz yaşı” adlı şeir kitabının təqdimat mərasimi keçirilib – FOTOLAR

1104

Prezident təqaüdçüsü, AYB-nin və ABİ-nın üzvü, Gənclər mükafatçısı, “Azərkitab-Kitab Mərkəzi”nin mətbuat katibi Aysel Kərimin “Azərkitab-Kitab Mərkəzi”ndə “Kəpənəyin göz yaşı” adlı şeir kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə xalq yazıçısı Çingiz Abdullayev, Rəşad Məcid, Səlim Babullaoğlu, Hacı Nuran və digər ziyalılar iştirak edib, maraqlı çıxışlar səsləndiriblər.

Tədbirin giriş sözünü Kitab Mərkəzinin layihə rəhbəri Mirsabir Həsənov edib.

Təqdimatın aparıcısı qismində Rəşad Məcid iştirak edib.

Qeyd edək ki, kitabda xalq yazıçısı, millət vəkili Sabir Rüstəmxanlının geniş rəyi yer alıb.

Ön söz müəllifi isə Rəşad Məciddir.

Bu kitab Aysel Kərimin oxucularla ikinci görüşüdür. Bundan öncə onun “Bir ovuc yağış” adlı şeir kitabı nəşr edilib.