Ev Xəbərlər Aysel Xanlarqızının Türkiyədə çap olunan “Pəncərəmə Günəş çək” kitabının təqdimatı və...

Aysel Xanlarqızının Türkiyədə çap olunan “Pəncərəmə Günəş çək” kitabının təqdimatı və oxucularla görüşü keçirilir

585

Tanınmış şair, Vətəndaş Həmrəyliyi Partiyasının qadınlar şurasının sədri, AYB üzvü, Prezident təqaüdçüsü, Müstəqil.Az saytının redaktoru Aysel Xanlarqızının  Türkiyədə çap olunan “Pəncərəmə Günəş çək” kitabının təqdimatı və oxucularla görüşü keçirilir.


Bu haqda Müstəqil.Az -a xanım əfəndi ilə əlaqə saxlayarkən şairənin özü məlumat verib:

“Elə  şeylər var ki, onların verdiyi mənəvi dəyəri dünyanın heç bir sərvəti ilə əvəz etmək olmaz …
İstanbulda, Hazar kollecində Turkiyədə dərc olunan “Pəncərəmə Günəş çək ” adlı kitabımın imza günü keçirildi. Sevinirəm, əlbəttə. Hər Azərbaycan adı çəkildikdə ürəyim fəxrlə döyünürdü. Mənim şeirlərimin, yaradıcılığımın adına toplaşanları Vətənimə olan sevgidən də doğulduğu düşüncəsi məni heç tərk etmir. Tədbirdə əməyi keçən hər kəsə, Türk ədəbiyyatı Vakfına, Vakfin başkanı,hörmətli Serhat Kabakliya,kitabın tərcüməçisi,dəyərli İmdat Avşara, Səadət Örmeciye, Xəzər kollecinin rəhbəri Serdar Kavzaya, Murad hocaya, Hayati hocaya ve kollecin bütün mehriban kollektivinə, şeirlərimi səsləndirən, ürəyi ədəbiyyat sevgisi ilə çırpınan məktəblilərə, bu gözəl günü mənə yaşadan hər kəsə sonsuz təşəkkürlərimi bildirirəm.”

Qeyd edirik ki,şairlə  bu gün də Bursa şəhərində görüş keçiriləcəkdir.”

Xatırladaq ki, Aysel xanımın haqqında bəhs olunan kitabının təqdimat mərasimi bu gün Türkiyənin Bursa şəhərində də keçiriləcək.

Faiq Balabəyli