Bu gün müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 20 il keçir. Bununla əlaqədar olaraq, Bakı Qızlar Universitetində tədbir keçirilib. Tədbirdə Bakı Qızlar Universitetinin rəhbərliyi, professor- müəllim heyəti və tələbələr iştirak edib. Bakı Qızlar Universitetinin rektoru, pedaqogika üzrə elmlər doktoru, professor Sevinc Rəhimova giriş nitqində Ulu Öndərin həyat və fəaliyyəti ilə Azərbaycan xalqının qəlbində unudulmaz izlər qoyduğunu vurğulamışdır. Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Əzizağa Ələkbərli də çıxışında Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixindəki əvəzsiz xidmətlərindən bəhs etmişdir. Azərbaycan dili və ədəbiyyat kafedrasının dosenti Təranə Şükürlü isə Heydər Əliyevin Azərbaycan dilinin inkişafında olan rolundan söz açmışdır. Tədbir, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən video-çarxın izlənilməsi, eləcə də Bakı Qızlar Universiteti tələbələrinin hazırladıqları ədəbi-bədii kompozisiyalar ilə davam etmişdir.