Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu dünya uşaqları və gəncləri arasında “TÜRKİYƏ UŞAQLARINA SEVGİ İLƏ” adlı beynəlxalq rəsm aksiyasına start verir
Dilimizvarlığımız.az xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu dünya uşaqları və gəncləri arasında (16 yaşadək) TÜRKEİYƏ UŞAQLARINA SEVGİ İLƏ”( “TÜRKİYE COCUKLARINA SEVGİ İLE”) adlı uşaq və yeniyetmələrin rəsmləri əsasında beynəlxalq sənət aksiyasına start verir.
Layihənin əsas məqsədi 6 fevral 2023-cü il tarixində Türkiyədə baş vermiş zəlzələlərdən zərər çəkmiş uşaqlara dəstək məqsədilə türk, eləcə də dünya uşaq və yeniyetmələrinin həmrəylik düşüncəsinin formalaşdırılması istiqamətində birləşdirilməsidir.
Rəsm aksiyasına qatılmaq istəyənlər üçün təyin olunmuş şərtlər və qaydalar aşağıdakılardır:
1. İştirakçılar beynəlxalq rəsm aksiyasına bu çətin zamanda Türkiyə uşaqlarına sevgi, dostluq, dəstək və həmrəylik əks etdirən rəsm işlərini təqdim etməlidirlər. Əsərlərin qiymətləndirilməsində əsas meyar – keyfiyyət, fərdi müəllif yanaşması, eləcə də mövzunun dərinliyinin bədii həllidir.
1. Rəsmlər 10 aprel 2023-cü il tarixinədək qəbul olunur. Göstərilən müddətdən gec göndərilən əsərlər aksiyaya qəbul edilmir.
2. Aksiyada iştirak etmək üçün doldurulmuş ərizə (ərizə forması elanın sonuna əlavə edilir) və çəkilmiş rəsmin yüksək keyfiyyətli fotoşəkili e.tanaguzova@itchf.org elektron poçt ünvanına göndərilməlidir. Eyni zamanda, rəsmin əsli Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun qərargahına (A.Bakıxanov küç.73A, AZ1007, Bakı, Azərbaycan) göndərilməlidir.
3. Layihənin nəticələri əsasında gənc rəssamların əl işləri Fondun rəsmi səhifəsinin qalereya bölməsində yerləşdiriləcək. Layihənin bütün iştirakçıları Fondun sertifikatları ilə təltif olunacaq. Seçilmiş rəsmlər kataloq şəklində nəşr olunacaq, eləcə də Türkiyədə zəlzələdən əziyyət çəkən uşaqlara birbaşa təqdim ediləcək.
“TÜRKİYE ÇOCUKLARINA SEVGİ İLE” beynəlxalq rəsm aksiyasında iştirak üçün
Ərizə forması
1. İştirakçının adı, soyadı
2. İştirakçının yaşadığı ölkə və şəhəri
3. İştirakçının təvəllüdü
4. Rəsmin başlığı və qısa təsviri
5. İllüstrasiya texnikası
6. Müəllifin əlaqə məlumatları
7. Qeyd
Ayşən