Ev İctimai Dünya Gənc Türk Yazarlar Birliyindən Azəri-Türk Qadınlar Birliyinə təbrik ziyarəti

Dünya Gənc Türk Yazarlar Birliyindən Azəri-Türk Qadınlar Birliyinə təbrik ziyarəti

11

Azəri-Türk Qadınlar Birliyinin yaradılmasının 30 illiyi münasibətilə Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının başqanı, şair-publisist Əkbər Qoşalı və Birliyin İdarə heyətinin başqanı, şair İntiqam Yaşar yubilyar qurumun sədri, Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar və Mədəniyyət komitələrinin üzvü Tənzilə Rüstəmxanlı ilə görüşüb.
Azər-Türk qadınlar Birliyinin mənzil qərargahında keçən görüşdə təşkilatın uzun illəri əhatə edən fəaliyyəti yüksək qiymətləndirilib, Azərbaycan-Türkiyə qardaşlığının, Türk dünyasında mənəvi birliyin möhkəmləndirilməsi, milli-mədəni dəyərlərin qorunması və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində gördüyü işlərdən söz açılıb.
Görüş zamanı Dünya Gənc Türk Yazarlar Birliyinin İdarə heyəti adından Tənzilə Rüstəmxanlıya Azəri-Türk Qadınlar Birliyinin 30 illik yubileyi münasibətilə xüsusi plaket təqdim edilib.
Tərəflər Türk dünyasında ədəbi-mədəni işbirliyinin genişləndirilməsi, ortaq layihələrin həyata keçirilməsi, gənclərin milli-mənəvi dəyərlər ruhunda yetişdirilməsi, eləcə də gələcək birgə təşəbbüslərlə bağlı fikir mübadiləsi aparıblar.