Ev İctimai Dünya Gənc Türk Yazarlar Birliyi yeni kitab ərsəyə gətirib

Dünya Gənc Türk Yazarlar Birliyi yeni kitab ərsəyə gətirib

347

 

Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi “Cəbhədən cəmiyyətə – Müharibə iştirakçısı yazarlarla səngər yoldaşlarının görüşləri” adlı layihə çərçivəsində 44 günlük Vətən müharibəsi iştirakçısı olan yazarların müxtəlif janr və məzmunlu yaradıcılıq örnəklərindən ibarət yeni kitab nəşr olunub. 

Dilimizvarlığımız.az “Ədəbiyyat və incəsənət” portalına istinadla xəbər verir ki, bu barədə layihə rəhbəri, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar məlumat verib.

O, bildirib ki, kitabın redaktoru yazıçı-publisist Kənan Hacı, eksperti şair-publisist Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı, tərtibçiləri DGTYB üzvləri Həsən Kür və Ayşən Rəhim, dizayneri isə Əli Zeynalovdur.

Qeyd edək ki, adıçəkilən kitabın Sumqayıt şəhərində, Samux rayonunda, Mingəçevir şəhərində və Gədəbəy rayonunda 44 günlük Vətən müharibəsi iştirakçılarının, gənclərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə geniş təqdimat törənləri təşkil olunacaq.