Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi “Türk dünyasında Qərbi Azərbaycan mövzusu” adlı layihə çərçivəsində “Qərbi Azərbaycan hekayələri” adlı kitab çap olunub. İki dildə çap olunmuş kitabda Azərbaycandan olan müəlliflərin Qərbi Azərbaycan mövzusunda yazılmış hekayələri toplanıb. Rəhbəri İntiqam Yaşarın olduğu “Türk dünyasında Qərbi Azərbaycan mövzusu” adlı layihə çərçivəsində kitabın Azərbaycanda, Türkiyədə və Özbəkistanda geniş ictimaiyyətin iştirakı ilə təqdimat törənləri təşkil olunacaq.








