Ev Xəbərlər Gədəbəydə Səməd Vurğunun büstünün açılışı olub (FOTOLAR)

Gədəbəydə Səməd Vurğunun büstünün açılışı olub (FOTOLAR)

950

06.08.2021 tarixində Gədəbəy rayonunda dahi Azərbaycan şairi Səməd Vurğunun büstünün açılışı olub.

dilimizvarligimiz.az xəbər verir ki, tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev açıb.

O tədbir iştirakçılarını salamlayaraq, dahi şairin Azərbaycan ədəbiyyatında, mədəniyyətində müstəsna xidmətlərindən bəhs edib. Daha sonra tədbirin aparıcısı tanınmış şair-publisist Vahid Aslan sözü digər qonaqlara verib.

Professor İzzət Rüstəmov, dosent Rəşid Mahmudov, təhsil adamı İsgəndər İsgəndərov, tanınmış jurnalist Ləman Ələşrəfqızı, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar və s. Çıxışlarında Səməd Vurğunun ədəbiyyatımızda rolundan bəhs edərək, şairin Gədəbəy rayonunda büstünün açılışının əlamətdar mədəniyyət və ictimai hadisə olduğunu vurğulayıblar.

Tədbirə Slavyanka kənd 1 saylı tam orta məktəbin şagirdlərinin Səməd Vurğunun “Azərbaycan” şeirini qiraətiylə yekun vurulub.