Ev İctimai Günay Əfəndiyeva Qazaxıstan Respublikasının Mədəniyyət və İdman naziri Asxat Oralovla görüşüb.

Günay Əfəndiyeva Qazaxıstan Respublikasının Mədəniyyət və İdman naziri Asxat Oralovla görüşüb.

358

Günay Əfəndiyeva Qazaxıstan Respublikasının Mədəniyyət və İdman naziri Asxat Oralovla görüşüb.

Dilimizvarlığımız.az xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qazaxıstana rəsmi səfəri çərçivəsində Qazaxıstan Respublikasının Mədəniyyət və İdman naziri Asxat Oralovla görüşüb.
Görüşdə nazir Asxat Oralov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətini türk xalqlarının mədəni irsinin qorunub saxlanmasına və gələcək nəsillərə ötürülməsinə dəyərli töhfə kimi qiymətləndirib. Fondun ümumtürk irsinin ayrılmaz parçası Qazaxıstanın zəngin tarixi və mədəni irsinin təbliği yönündə həyata keçirdiyi layihələri dəstəkləməyə hər zaman hazır olduğunu bildirib. Nazir Türk Əməkdaşlıq Təşkilatları ilə mədəni əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Fondun prezidenti rəhbərlik etdiyi təşkilatın həyata keçirdiyi layihələrdən söz açıb. Fondun qurucu üzv ölkəsi Qazaxıstanla sıx qarşılıqlı əlaqələrindən bəhs edən Günay Əfəndiyeva, qazax xalqının görkəmli şair və mütəfəkkiri Abay Kunanbayevin, tanınmış dastançısı Jambul Jabayevin irsinin tanıdılması yönündə təşkilatın müxtəlif ölkələrdə apardığı işləri diqqətə çatdırıb. O, bu xüsusda Fond tərəfindən Abay Kunanbayevlə bağlı yeni kitabın hazırlandığını da bildirib.
Görüşdə təşkilatla Qazaxıstanın birgə əməkdaşlığı çərçivəsində “Otırar” beynəlxalq sənətkarlar sərgisinin və “Türk Xalqlarının Mənəvi Dəyərləri və Mədəni İrsi” mövzusunda beynəlxalq elmi-praktik konfransın keçirilməsi yönündə müzakirələr aparılıb. Fond ilə ölkə arasında əlaqələrin daha da gücləndirilməsinə dair perspektivlər dəyərləndirilib.
Günay Əfəndiyeva Asxat Aralova Fond tərəfindən nəşr olunmuş Türk Dünyasının mədəni irsini əks etdirən kitabları təqdim edib.