Ev İctimai İntiqam Yaşar beynəlxalq poeziya festivalında iştirak edəcək

İntiqam Yaşar beynəlxalq poeziya festivalında iştirak edəcək

543

İntiqam Yaşar Tunisdə beynəlxalq poeziya festivalında iştirak edəcək

Dilimizvarlığımız.az xəbər verir ki,Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar Tunisdə 24-27 noyabr tarixlərində baş tutacaq 42-ci Beynəlxalq Poeziya festivalında Azərbaycanı təmsil edəcək. Dünyanın bir çox ölkələrindən ədəbiyyat nümayəndələrinin iştirakı ilə baş tutacaq tədbirə Tunisin Tozour şəhəri ev sahibliyi edəcək. Tədbirdə şeirlər oxunacaq, müxtəlif panellərdə ədəbi müzakirələr təşkil olunacaq. Qeyd edək ki, Səfər Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutacaq.