Ev İctimai İntiqam Yaşarın “Adını çəkirəm” kitabının təqdimatı baş tutub

İntiqam Yaşarın “Adını çəkirəm” kitabının təqdimatı baş tutub

28

08.06.2024-cü il tarixində Beynəlxalq Muğam Mərkəzində şair, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Yaşarın yeni çap olunmuş “Adını çəkirəm” şeirlər kitabının imza və təqdimat törəni baş tutub. Milli Məclisin Mədəniyyət komitəsinin eksperti, şair Əkbər Qoşalının moderatorluğu ilə gerçəkləşən tədbirdə tanınmış ədəbiyyat-ictimaiyyət nümayəndələri, oxucular, mətbuat nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə açan Əkbər Qoşalı İntiqam Yaşarın yaradıcılığı və fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verdikdən sonra tədbir digər çıxışçıların çıxışları ilə davam edib. Ulduz ədəbiyyat dərgisinin baş redaktoru şair Qulu Ağsəs, Milli Məclisin deputatı Vüqar İsgəndərov, Azərbaycan Ədəbiyyatı Fondunun baş direktoru, yazıçı Varis Yolçuyev, Sumqayıt şəhər Əli Kərim adına Poeziya evinin direktoru şair İbrahim İlyaslı, Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının üzvü şair Rəsmiyyə Sabir, Bakı Slavyan Universitetinin professoru, tərcüməçi Flora Naci, tanınmış alim Yazgül Abdıyeva, Filologiya elmləri doktoru Təranə Turan Rəhimli, AYB Sumqayıt bölməsinin sədri, şair Gülnarə Cəmaləddin, tanınmış yazıçı Kənan Hacı, şair Süleyman Abdulla, şair Polad İbrahimoğlu, şair Şahin Qədir, yeni nəsil yazarlardan Kulis.az dərgisinin baş redaktoru şair Ulucay Akif, şair Səddam Laçın, ədəbiyyatşünas alim Yeqzar Cəfərli, və s. çıxış edib. Qiraətçilər Müşfiqə Baləddinqızı və Ayna Səs müəllifin şeirlərini səsləndiriblər.
Tədbirin sonunda müəllif yeni çap olunmuş kitabından şeirlər oxuyub və iştirakçılar üçün kitabları imzalayıb.