Ev İctimai Komitə sədrindən növbəti qəbul – FOTOLAR

Komitə sədrindən növbəti qəbul – FOTOLAR

34

Komitə sədri növbəti qəbul keçirib.

Dilimizvarlığımız.az  xəbər verir ki, Millət vəkili, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa növbəti vətəndaş qəbulu günündə (22.04.2024) bir qrup incəsənət xadimi, mədəniyyət işçisi və qəbul üçün müraciət edən digər vətəndaşlarla görüşüb.

Milli Məclisdə keçirilən görüşdə Xalq artisti Sadıq Zərbəliyev, Əməkdar artistlər Sevinc Əliyeva, Mətanət Atakişiyeva, Əməkdar jurnalist, CASCFEN sədri Nadir İsmayılov (Azəri), sənətşünaslıq üzrə fəslsəfə doktoru Maya Qafarova, qazi bəstəkar Vüqar Məmmədzadə, tanınmış musiqiçi Zahid Qubadlı (Rəhimov), C.Cabbarlının Ev muzeyinin direktoru Qəmər Seyfəddinqızı, “Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyinin sədri Adil Nəsibov, xalçaçı rəssam Arzu Zeynallı, Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Könül Əbilova, mədəniyyət işçiləri Zümrüd Əsədova, İsmayıl Əliyev, musiqi müəllimləri Ramin Ağayev, Fəxrəddin Kərimov, Gülnar İsmayılzadə, Kəmalə Abbasova və b. öz yeni yaradıcılıq uğurları, gələcək fəaliyyyət planları, eləcə də üzləşdikləri müəyyən problemlərlə bağlı Komitə sədrinə məlumat veriblər.

Rəhbərlik etdiyi Komitədə mədəniyyət və incəsənət sahəsinə, bütövlükdə mədəni irsə göstərilən diqqət, həmçinin bu vacib sahə ilə bağlı aparılan müzakirələr, Milli Məclisdə qəbul edilən müvafiq qanunlar, onlara edilən zəruri dəyişiklər barədə danışan Fazil Mustafa qəbula gələnləri maraqlandıran məsələlə barədə öz fikirlərini bölüşüb.

İncəsənət xadimləri, mədəniyyət işçiləri və digər vətəndaşları diqqətlə dinləyən Komitə sədri, onların qaldırdığı – qanunvericiliyə uyğun olan məsələlərlə bağlı müvafiq dövlət orqanlarına məktubla müraciət edəcəyini bildirib.