MUQİMJAN NURBAYEV
Muqimjan Nurbayev (Nurbuvaev) Əndican vilayətinin Mərhəmət mahalının Qocaarik məhəlləsində anadan olub. Daşkənd İslam İnstitutunu bitirib.
Əsərləri Qırğızıstanın “İldönüm”, Amerikanın “Bir ananın nemətləri”, Türkiyənin “Şeir ətri”, Qırğızıstanın “Turan Uçkunları”, Tacikistanın “Dostluq bağçasındakı çiçəklər” Azərbaycanın “Türk dünyasının şairləri” (Buta – 5)”, Özbəkistanın “Məhəmməd Yusifin davamçıları”, “Beynəlxalq dostluq güldəstəsi” toplularında və Özbəkistan müxtəlif mətbuat orqanlarında dərc edilmişdir. Qırğızıstanın “Çingiz Aytmatov”, Qazaxıstanın “Abay”, “Beynəlxalq Xidmət” və Özbəkistanın “Əmir Teymur” medalları ilə təltif edilmişdir. Qırğızıstandakı “Şairlər və Yazıçılar” Dərnəyinin, Qazaxıstandakı “Dünya İstedadlar Dərnəyi” və “Dünya Uyğur Yazıçıları” Dərnəyinin üzvüdür.
ANA DİLİM, ANA CAN DİLİM
Doğulandan duyduğum sözüm,
İlk gördüğümdə gözümü sevindirən
Oxumaq, öyrənməklə aydınladan yüzüm,
Ana dilim sənsən, ana can dilim.
Məktəbdə sevərək öyrəndik elmi,
Səninlə dil açıb almışdıq ilk elmi.
Qürurludur sənlə millətim, elim,
Ana dilim sənsən, ana can dilim.
Fərqlı olsa da, ölkəmin şivəsi,
Bir-birindən dadlı dillər meyvəsi.
Daş qəlbi əridən isti cilvəsi,
Ana dilim sənsən, ana can dilim.
Səndə körpələrin dadlı qoxusu,
Səndə dəyərlidir, ana, Sevgi-su.
Tərk etdik bəzən, sən kimsən, ilahi!
Ana dilim sənsən, ana can dilim.
Sənin gül üzünü bəzəmiş kitab,
Səninlə söyləyir, mahnısını rübab.
Gönlümüzü aydınladan günəşli hesab,
Ana dilim sənsən, ana can dilim.
Dünyaya bilindi səninlə şanım,
Səninlə coşdu damarlarda qanım.
Səninlə sevilir böyük Turanım,
Ana dilim sənsən, ana can dilim.
Muqimcan Nurboyev
Dilimizə uyğunlaşdıran: Almaz Ülvi