Ev İctimai Nizami Gəncəviyə həsr olunan kitab təqdim olunacaq

Nizami Gəncəviyə həsr olunan kitab təqdim olunacaq

148

Türk dünyası gəncləri-Nizami Gəncəvi dühası” kitabı təqdim olunacaq

03 dekabr 2022-ci il saat 15:-00-da Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən “Nizami Gəncəvi dühası Türk dünyası gənclərinin gözü ilə” layihəsi çərçivəsində çap olunmuş “Türk dünyası gəncləri-Nizami Gəncəvi dühası” kitabının və eyniadlı sosial çarxın təqdimat törəni baş tutacaq. Gəncliyə Yardım Fondunun konfrans zalında təşkil olunacaq tədbirdə tanınmış ictimaiyyət nümayəndələri, KİV təmsilçiləri, yazarlar və s. iştirak edəcəklər.

(Ünvan: Gəncliyə Yardım Fondunun konfrans zalı
(Cəfərov qardaşları küçəsi 16, İçərişəhər metro stansiyası yaxınlığı, Tarixi Təzəbəy hamam kompleksinin yaxınlığı)