Ev Xəbərlər “Nizami Gəncəvi irsi və gənclik” adlı layihənin icrasına başlanılıb

“Nizami Gəncəvi irsi və gənclik” adlı layihənin icrasına başlanılıb

1232

Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən “Nizami Gəncəvi irsi və gənclik” adlı layihənin icrasına başlanılıb. Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə  3 ay müddəti əhatə edəcək layihə  çərçivəsində yeni nəsil araşdırmaçıların və yazarların  Nizami Gəncəvi irsinə həsr olunmuş məqalələrindən ibarət kitab çap olunacaq.  Bundan əlavə çap olunmuş kitabın Bakı şəhərində və regionlarda təqdimatları həyata keçiriləcək. Layihə 2022-ci ilin fevral-mart aylarında yekunlaşacaq.

 

Dünya Gənc Türk Yazarlar Birliyinin mətbuat xidməti