Ev Xəbərlər Özbəkistanın nüfuzlu qəzetinin son sayı “Xarıbülbül”ə həsr olunub

Özbəkistanın nüfuzlu qəzetinin son sayı “Xarıbülbül”ə həsr olunub

94

Qardaş Özbəkistanın nüfuzlu “Kitab dünyası” qəzetinin son sayı Azərbaycana və “Xarıbülbül”ə həsr olunub.

dilimizvarligimiz.az xəbər verir ki, Azərbaycan ədəbiyyatına geniş yer ayrılan qəzetin yeni sayında bir qrup özbək yazarı və ədəbiyyatşünasının Azərbaycan təəssüratları, Xalq şairi Ramiz Rövşənin hekayəsi, Təranə Turan Rəhimlinin şeirləri dərc edilib.

Eləcə də, özbək ziyalılarının “Yeni Müsavat” Media Qrupunun redaksiyasını ziyarət etməsi də qəzetin səhifələrində yer alıb.

Qəzetin baş redaktoru tanınmış özbək şairi Xasiyyət Rüstəm, Azərbaycan təmsilçisi isə publisist-şair Əkbər Qoşalıdır.