Ev İctimai Özbəkistanın tanınmış şairi Xasiyyət Rüstəmin kitabları təqdim olunacaq

Özbəkistanın tanınmış şairi Xasiyyət Rüstəmin kitabları təqdim olunacaq

69

24.01.2024-cü il (saat 12:00) tarixində Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə Özbəkistanın “Kitab dünyası” qəzetinin baş redaktoru, tanınmış şair-publisist Xasiyyət Rüstəmin Azərbaycanda çap olunmuş kitablarının təqdimat törəni təşkil olunacaq. AYB-nin katibi Səlim Babullaoğlunun moderatorluğu ilə baş tutacaq tədbirə yazarlar, ictimaiyyət nümayəndələri, oxucular dəvətlidir.

Ünvan: Azərbaycan Yazıçılar Birliyi, (Bakı, Xaqani 25)