Ev İctimai Qərbi Azərbaycan İcmasının Quba rayon nümayəndəliyində görüş

Qərbi Azərbaycan İcmasının Quba rayon nümayəndəliyində görüş

36

27.02.2026-cı il tarixində Qərbi Azərbaycan İcmasının Quba rayon nümayəndəliyində Dünya Gənc Türk Yazarlar Birliyinin yaradıcı heyəti ilə görüş keçirilmişdir. DGTYB-nin başqanı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair İntiqam Yaşar başda olmaqla birliyin üzvlərindən  Qarabağ müharibəsi qaziləri, şairlər Oğuz Arparslan və Təhməz Türkoğlu nümayəndəliyin fəaliyyəti ilə yaxından tanış olmuşlar.

Nümayəndəliyin məsul işçisi, Azərbaycan Yaziçilar Birliyi Quba bölməsinin sədri, şair Ramiz Qusarçayli qonaqları Nümayəndəliyin rəhbəri, Meyvəçilik və Çaycılıq İnstitutunun direktoru, biologiya elmləri üzrə fəlsəfə doktoru İlham Qaraqurbanlının adından salamlayaraq Nümayəndəliyin bu ofisinin Qərbi Azərbaycanın yaddaşını yaşadan, milli birliyimizi və vətən sevgimizi gücləndirən mənəvi bir ocağa çevrildiyini vurğulamışdır.

Görüşdə iştirak edən ADPU Quba filialının direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru Aysel Şeydayeva, Amsar kənd tam orta məktəbin direktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Sərvinaz Şükürova, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Qarabağ müharibəsi qazisi, şair Ayaz Səlimxanoğlu və nümayəndəliyin əməkdaşları çıxış edərək Qərbi Azərbaycanın tarixi torpaqları, doğma yurdlarımıza qayıdış ideologiyası barədə çıxış etmişlər.

DGTYB-nin başqanı İntiqam Yaşar ədəbiyyatımızın qarşıda duran hədəfləri, tarixi həqiqətlərin gənc nəslin formalaşmasındakı rolu, milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsinin əhəmiyyəti barədə öş fikirlərini bildirmişdir.

Görüş zamanı şairlər tərəfindən vətənpərvərlik ruhunda yazılmış şeirlər səsləndirilmiş, Qarabağ müharibəsi xatirələri bölüşülmüş, gənclərə milli kimliyə, ana dilinə və ədəbi irsə sahib çıxmağın vacibliyi tövsiyə olunmuşdur. Bildirilmişdir ki, ədəbiyyat yalnız söz sənəti deyil, eyni zamanda xalqın yaddaşı, tarixi və mübarizə ruhunun ifadəsidir.

Qonaqlar İcmanın səmimi qarşılanma üçün təşəkkürlərini bildirmiş, öz kitablarını nümayəndəliyin ofisinə hədiyyə etmişlər.

Sonda xatirə şəkilləri çəkilmişdir.