Tanınmış yazıçı Əyyub Qiyasın “Qara işıq” romanının təqdimat mərasimi keçiriləcək.
Tədbir aprelin 15-i saat 15-də Gənc Tamaşaçılar Teatrında baş tutacaq.
Roman Rüfət adlı yazıçının psixi vəziyyətindən, üzləşdiyi problemlərdən, taleyindəki sərt dəyişikliklərdən bəsh edir.
“Qara işıq” alman, gürcü və rus dillərinə tərcümə edilib və Almaniyanın Münhen şəhərində kitab kimi çap olunub. Bu ilin sonuna qədər rus dilində çap olunması planlaşdırılır.