Ev Xəbərlər Ukrayna Azərbaycanlıları Radasının (UAR) ofisində “ДОСТИК” Qazax mədəni birliyinin rəhbəri Daniyar Eqamberdiyev...

Ukrayna Azərbaycanlıları Radasının (UAR) ofisində “ДОСТИК” Qazax mədəni birliyinin rəhbəri Daniyar Eqamberdiyev ilə görüş olub

1078

Ukrayna Azərbaycanlıları Radasının (UAR) ofisində “ДОСТИК” Qazax mədəni birliyinin rəhbəri Daniyar Eqamberdiyev ilə görüş olub.

Görüşdə UAR Baş katibi Ceyhun Məmmədov, Aparat rəhbəri Elşad İbrahimov və media məsulu Rəşad Tağıyev iştirak ediblər.

UAR-ın həmsədrləri Hikmət Cavadovun və Oleq Krapivinin salamlarını çatdıran C. Məmmədov radanın fəaliyyəti ilə bağlı məlumat verib. Məmmədov bildirib ki, Rada olaraq türkdilli ölkələrin Ukraynada diasporu ilə əməkdaşlıqda maraqldırlar və bu ölkələrin cəmiyyətləri ilə görüşlərə start verilib: “İlk olaraq qardaş qazax xalqının diasporu ilə başladığımız bu görüş digər türkdilli ölkələr üzrə davam edəcək. Sonra bu ölkələrin diasporu ilə yekun birgə konfrans keçirməyi planlaşdırırıq”-deyə, o əlavə edib.

Təməlləri Türkcə Danışan ölkələr Zirvəsinə dayan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının önəminə toxunan RAU baş katibi: “Türk Şurasının qurulma təklifi Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevə aiddir. Bu təşkilatın qurulmağı millətimizin birliyi yolunda çox önəmli bir addım oldu. Bizlər isə bu birliyi daha da inkişaf etdirməli və möhkəmləndirməliyik. Şəxsi dostluqlarımlz ailə dostluqlarına və övladlarımızın dostluqlarına çevrilməlidir” deyərək bu yöndə əlavə tədbirlər planı hazırladıqlarını bildirib.

D. Examberdiyev isə bu əməkdaşlıqdan məmnunluğunu bildirərək Ukraynada qazaxların fəaliyyəti barədə məlumat verib. Ukraynada 15 min qazaxıstanlının yaşadığını deyən diaspor rəhbəri bildirib ki, bunun 4 minə qədəri Kiyevdə yaşayır: “Bunlar arasında Ukrayna ictimai-siyasi həyatında, o cümlədən ölkə həyatının sosial sferasında fəal olan qazaxlılar var. Bizlər də Türk Şurasının fəaliyyətini canlandırmaq üçün əlimizdən gələni edəcəyik”-deyə, o vurğulayıb.

Görüş qarşılıqlı təkliflərin müzakirəsi ilə davam edib.