Ev İctimai «Vətən» Şeir Müsabiqəsinin bitməsinə sayılı günlər qaldı Zirəddin Rzayev: 2024-cü ildə Rusiya-Ukrayna...

«Vətən» Şeir Müsabiqəsinin bitməsinə sayılı günlər qaldı Zirəddin Rzayev: 2024-cü ildə Rusiya-Ukrayna konflikti Rusiyanın qələbəsi ilə başa çatacaq ABŞ vətəndaşının Soçidə qeyri-qanuni miqrantları saxlama mərkəzində ölüsü tapılıb Moskvada “Vətən” Şeir müsabiqəsinin yekununa həsr olunmuş təntənəli tədbir keçirildi

128

O gün Moskvanın “Kovorking” mərkəzində hər kəs bir ahənglə “Vətən” dedi…

Noyabrın 15-də Moskvada Azərbaycan Mədəniyyətinin İnkişafı Fondu ilə Yenises.ru portalının birgə layihəsi olan “Vətən” Şeir müsabiqəsinə start verilmişdi. Dekabrın 22-də Müsabiqənin yekunlarına həsr olunmuş Mükafatlandırma mərasimi keçirildi.

“Kovorking” mərkəzininin böyük zalında  baş tutan tədbir “Rusiya-Azərbycan- Ümumi Evimiz” şüarı ilə  hər iki ölkənin Dövlət Himni sədaları altında başlandı.

Gecənin aparıcısı Cəfər Sadıq  Abbasov  bir ay müddətində davam edən müsabiqənin Yekun mərhələsində iştirak edənləri salamlayıb, bayırda ayazlı-şaxtalı bir hava hökm sürsə də,  “Vətən” məhfumunun hər birimizi isitdiyinə işarə edərək, bizi çox hərarətli, sevgisi və istisi ilə qucaqlayan bir mərasim olacağını vəd etdi.

İlk söz müsabiqəinin təşkilatçısı və sponsoru olan Azərbaycan Mədəniyyətinin İnkişafı Fondunun prezidenti, xeyriyyəçi Şamil Qurbanova verildi.

Şamil Qurbanov  “insanları bir-birnə doğmalaşdıran, onlar arasındakı sədləri, sərhədləri görünməz edən ümumi Ev dediyimiz- Vətənimizdir”-ifadələri ilə nitqinə başladı. “Bu gün azərbaycanlı kimliyi ilə  həm tarixi, əzəli,  həm də özümüzə yuva, məkan seçdiyimiz yaşadığımız ölkənin övladları olaraq iki Vətənə sahib olan xoşbəxtlərdənik”-deyə Yeni il ərəfəsində bu gözəl məkanda niyyətimizi gerçəkləşdirməyə imkan yaratdıqları üçün mərkəzin rəhbərliyinə təşəkkürlə fikrinə davam etdi.

Rus və Azərbaycan dillərində  yazılan  “Vətən” haqqında şeirlərin müsabiqəsini keçirməyin əhəmiyyətini qeyd edən Şamil Qurbanov bu səpkili tədbirlərin iki ölkə arasındakı dostluq və mehribanlıq əlaqələrinin möhkəmləndirilməsində vəsilə olmasından ziyadə, gənc nəslə Vətənə, ədəbiyyata sevgi aşılamaq yönündən də faydalı olacağını vurğuladı. Bu müsabiqənin təsirinin ilk əks-sədasının  onun evinin içindən səsləndiyinə diqqət  çəkdi və  qızı Sevinc Qurbanovanın  Vətən haqqında yazdığı şeiri oxumasını xahiş etdi.

Sevinc Qurbanovanın Vətənə məhəbbət və sədaqət motivli şeiri tamaşaçılar tərəfindən alqışla qarşılandı.

Sonra söz  Moskva şəhəri Ryazanski bələdiyyə dairəsi deputatlar şurasının deputatı Nikolay Vyaçeslavoviç Porodinə verildi.

Deputat Rusiya–Azərbaycan dostluğu çərçivəsində  təşkil olunmuş müsabiqəyə yüksək qiymət verərək icra başçısı Anatoli Dmiriyeviç Yevseyevin təbrik məktubunu oxudu və müsabiqənin iştirakşılarına, qailblərinə uğur dilədi.

Mərasim  Sevinc Qurbanova və jurnalist Tünzalə  Vəliqızının  moderatorluğu ilə davam etdi.

Moskvada fəaliyyət göstərən  diaspor təşkilatlarının tədbirdə iştirak edən  rəhbərləri və nümayəndələri-Moskva şəhəri üzrə Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənov, Moskva  vilayəti üzrə Milli Mədəni -Muxtariyyətin rəhbəri Elşən İbrahimov, Moskva şəhərinin cənub -şərq inzibati dairəsi üzrə Milli-Mədəni Muxtariyyətin  başçısı Əli Kazımov və digərləri çıxış edərək, bu birləşdirici  “Poeziya” bayramının təşkilatçılarına minnətdarlıqlarını bildirdilər.

Müsabiqə boyu bir ay iki yüzdən artıq şeiri incələyib seçən, vaxtaşırı onlayn və 3 dəfə canlı görüşlərdə müzakirə edən münsiflərin iş prosesinin videoçarxı görüş iştirakçılarına nümayiş etdirildi, seçimlərin qızğın mübahisələr, nümunələrin ədəbi normalara uyğunluğuna nail olmaq üçün ədalətli və şəffaf bir ortamda keçirildiyi göstərildi. Münsiflər- Azərbaycan və Avrasiya Yazıçılar birliyinin üzvü- həkim-şair, tərcüməçi Afaq Şıxlı, Yenises.ru informasiya portalının rəhbəri, jurnalist Tünzalə Vəliqızı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış yazıçı-şair Südabə Sərvi, tanınmış ezotorik, klinik-psixoloq, Rusiya İctimai Palatasının üzvü, şair Zirəddin Rzayev və Rusiya Jurnalistlər Birliyinin üzvü Cəfərsadıq Abbasovun gərgin əməyi sayəsində seçilərək qalib olan şeirlər səsləndirildi.

Müsabiqəyə təkcə Rusiya və  Türkiyədən,  Güney-Quzey Azərbaycandan, Belorusdan, Çexiyadan və bir çox ölkələrdən müxtəlif yaş həddində olan  poeziyasevərlər öz şeirlərini göndərmişdilər.

Müsabiqənin ən kiçik iştirakçısı isə Belorusun Minsk şəhərindən olan Lyubov Mixonskaya idi. Onun  Belorusun azad olunmasında şücaət göstərmiş  və Böyük Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüş həmyerlimiz Nəcəfqulu Rəfiyev haqqında yazdığı  şeir  “Münsiflərin rəğbəti” mükafatına layiq görüldü. Balaca Lyubovun şeirini isə  həmyaşıdı Mariya Rzayeva səsləndirdi. Və  Mariya Rzayeva da şeiri səsləndirdiyinə görə “Tamaşaçı rəğbəti” Tərifnaməsi ilə mükafatlandırıldı.

Tədbirin ən həyəcanlı məqamını açıqlamaq  münsiflərin ixtiyarına verildi.

Üçüncü yerin üç qalibini açıqlamaq üçün münsiflər heyətinin üzvü Zirəddin Rzayev  tribunaya dəvət olundu.

Yarışmanın gedişatı, gələn şeirləri dəyərləndirməyin nə qədər çətin və məsuliyyətli bir iş olduğunu soyləyən Z. Rzayev Fondun bu səpkidə ilk tədbirində sponsorun təmənnasız və səxavətli davrandığını açıqladı.

Əvvəldən nəzərdə tutulan 5- qalib yer əvəzinə  7-qalib yer müəyyənləşdirilməsi razılığına gəlindiyini bildirdi. Və bütün qaliblərə  Diplom və Tərifnamə ilə yanaşı pul ayrıldığını dedi.

Beləliklə…

3-cü yerin qalibləri:

  1. Qurbanov İbrahim–Moskva şəhəri, “Araz məni bölə bilməz” şeiri;
  2. Aqşin Dadaşoğlu–Xaçmaz rayonu, Azərbaycan;“Salam, Qoca Qafqaz” şeiri;
  3. Qşqar Qaraçaylı–Bakı şəhəri, Azərbaycan, “Vətən” şeiri ilə;

    Müsabiqənin Diplomuna və 10 min rus rublu məbləğində pul mükafatına layiq görüldü.

İkinci yerin qaliblərini elan etmək üçün şair Afaq Şıxlıya söz verildi. Afaq Şıxlı görüş iştirakçılarını salamlayaraq müsabiqənin keçirilməsi prosesindən, gələn şeirlərin içərisindən ən yaxşısını ayırmaq üçün zaman-zaman münsiflər arasında müzakirə və mübahisələrin gecəyarısına qədər sürməsindən  danışdı.

“Vətən çoxşaxəli mövzudur. Və onun haqqında yazılan şeirlərin içərisindən ən layiqlisini seçmək özü də bir ayrı cavabdehlikdir. Biz bu işin öhdəsindən gələ bildik”-deyə düşünürəm. Və o bütün heyətə, ayrıca Müsabiqəyə sponsorluğu öz üzərinə götürüb təkcə maddi resurslarını xərcləməklə qalmayıb, gecə-gündüz münsiflərlə çiyin-çiyinə çalışan AMİF prezidenti Şamil Qurbanova xüsusi təşəkkür etdi.

2-ci yerin qalibləri:

  1. Şəfər Vilayətqızı–Gəncə şəhəri, Azərbaycan “Vətən hardan başlayır” şeiri;
  2. Ruslan Dost Əli–Bakı şəhəri, Azərbaycan, “Bir bənd şeir” nümunəsi ilə  
    Müsabiqənin   Diplomu  və 20 min rus rublu ilə qaliblikləri açıqlandı.

Və müsabiqəinin ən yüksək pilləsinə layiq görülən 1–ci yerin qaliblərini kim elan etsin-deyə münsiflər arasında maraqlı polemika başladı.

Cəfər Abbasov “Birinci yerin qalibini  elan etmək, məncə, sponsorumuz Şamil Qurbanovun haqqıdır”,- deyib  onu səhnəyə çağırdı.

Şamil Qurbanov da verilən fürsətdən istifadə edərək, mükafatlandırma mərasimində Azərbaycanın Rusiyadakı Səfirliyinin müşaviri  Orxan Hacıyevin də tədbirimizdə iştirak etdiyini deyərək, içərisində birinci yerin qalibləri yazılan zərfi onun açmasını xahiş etdi.

Müşavir  qalibi elan etməzdən əvvəl,  Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ərəfəsində, Heydər Əliyevin 100 illik yubileyi  və  Vətənimizin torpaqlarının tam bərpası  ilində bir “Vətən” adlı  müsabiqə keçirməklə  Rusiya-Azərbaycan mehriban dostluq və əməkdaşlıq münasibətlərinə  təkan olacaq  çox dəyərli bir layihəyə imza atdıqlarına görə AMİF (FRAK) təşkilatına, bütün əməyi keçən münsiflərə, iştiakçılara öz adından minnətdarlıq etdi. Böyük məmnuniyyətlə bu tarixi anı bizimlə paylaşmaqdan  şərəf duyduğunu deyən müşavir,  birinci yerə layiq görülmüş iki müəllifin adını  elan etdi:

1-ci yer

1.Sleptsov Anatoliy İqnatyeviç, həkim, şair-

Yakutiya-Saxa Respublikası, Rusiya Federasiyası “Neleqkiy dlya Rodinı ças” (“Vətənin zor saatı”) şeiri;

1-ci yer

2.İntiqam Yaşar- Bakı şəhəri, Azərbaycan-

“Vətən yazısı” şeiri ilə Müsabiqənin qalibu diplomuna və hər biri ayrı-ayrılıqda  30 min rubl pul mükafatına  layiq görülür.

Bundan əlavə Müsabiqədə iştirak edən bir neçə şeir   “Tamaşaçı rəğbəti”  Tərifnamələri ilə mükafatlandırıldı.

Beləliklə,  tədbirin rəsmi hissəsi yekunlaşdı. Sonra  “Qarabağ”   və  “Rus folkloru” rəqs  ansambllarının  maraqlı ifaları, tanınmış müğənni Fədayə  Laçının  “Azərbaycan”, “Vətən” mahnılarının sədaları  altında dolu salonun coşqulu alqışları ilə musabiqəyə həsr olunmuş yığıncağa yekun vuruldu.

Tüznalə Vəliqızı
Moskva,
25.12.2023