Ev Xəbərlər Vahid Aslanın yeni kitabı işıq üzü gördü

Vahid Aslanın yeni kitabı işıq üzü gördü

240

Tanınmış qələm adamı, istedadlı şair Vahid Aslanın “Ürəyim söz yuvasıdı” adlı yeni kitabı işıq üzü görüb.

Kitabda şairin müxtəlif illərdə qələmə aldığı poetik nümunələri cəmlənib.

“Ürəyim söz yuvasıdı” şeirlər kitabı “Mücrü” nəşriyyatı tərəfindən nəfis tərtibatla çap olunub.

Bu kitab müəllifin sayca 12-ci bədii kitabıdır.

Xatırladaq ki, 3 monoqrafiya, 2 dərs vəsaiti və 350-dən çox məqalə müəllifi olan Vahid Aslan “Müəllim sözü” qəzetinin baş redaktoru və “Sosial dirçəliş” İctimai Birliyinin sədridir.

Onu da bildirək ki, dekabrın 19-u saat 12-00 da Milli Kitab Sərgisi çərçivəsində Bakı İdman Sarayında “Ürəyim söz yuvasıdı” kitabının təqdimatı və şairin oxucularla görüşü baş tutacaqdır.