Ev Bədii Ən uca zirvənin biridi Ayaz – Ehtiram İlhamdan yubiley şeiri

Ən uca zirvənin biridi Ayaz – Ehtiram İlhamdan yubiley şeiri

219

Ayaz ARABAÇI – 55

☆☆☆☆☆

Haqqın Adamıdır, haqdan doğulub,
Haqqın özü kimi diridi Ayaz.
Gözünü açandan – gözəlliklərin
Həmdəmi, sirdaşı, yarıdı Ayaz.

Dayanıb önündə ağrı-acının,
Düşmədi dalınca ehtiyacının.
Var olsun,.. şenolmuş Arabaçının
Bir güvənc, bir qürur yeridi Ayaz.

Başına dolanıb dərdin, qəmin də,
Baxmadı üzünə bir yol dəmin də.
Şeir dünyasında, söz aləmində
Ən uca zirvənin biridi Ayaz.

Ruhuna hopdurdu məmləkətini,
Millət sevgisini, məhəbbətini.
Öz halal yolunu, ləyaqətini
Ən çətin gündə də qorudu Ayaz.

Gecə günəşiylə, gündüz Ayıyla,
Tanrıdan verilən qismət payıyla,
Bu qədər saflığı, duruluğuyla
Dünyanın ən gözəl şeiridi Ayaz.

12.10.22.

Ehtiram İLHAM