Babaşova Ruqiyyə Məmməd qızı.1971-ci ildə anadan olmuşdur. 1992-1997-ci illərdə ADPU-nun İbtidai təhsilin pedaqogikası və metodikası ixtisasını bitirmişdir. Hazırda ADPU-nun Şamaxı filialında çalışır
ƏDƏBİ DİLİN QORUNMASINDA ƏCNƏBİ DİL VAHİDLƏRİNDƏN DÜZGÜN İSTİFADƏNİN VACİBLİYİ
Müasir Azərbaycan dili sabit və mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə, zərif və ahəngdar səslənmə sisteminə malikdir. Azərbaycan dili xalqımızın mədəniyyətini, tarixini, adət-ənənələrini özündə əks etdirir. Dünyanın bir çox- İran,Rusiya,Gürcüstan,Orta Asiya,Avropa ölkələri,Amerika vəbaşqa yerlərində 40 milyondan çox insan bu dildən ünsiyyət vasitəsi kimi istifadə edir. Bu dilin zənginliyi imkan yaradır ki, elmi, siyasi, fəlsəfi, bədii, publisistik təfəkkürün ifadə olunması təmin olunsun. Bu dil duyğuları, hisləri rahatlıqla dilə gətirmək, düzgün ifadə etmək qüdrətinə, zənginliyinə malikdir.
Dil xalqın milli sərvətidir.İnsanlar onun vasitəsilə ünsiyyət qurur,istək və arzularını, əmək fəaliyyəti və digər şüurlu fəaliyyətləri ifadəedirlər. Dil xalqı,xalq isə dili yaşadır.
Öz qrammatik quruluşuna görə Azərbaycan dilitürk dilərinin oğuz qrupuna daxildir. Lakin, Azərbaycan dili, türk dili, tatar dili və müəyyən müddətlərdə azərbaycan dili kimi adlandırılmışdır. Dilimiz başqa adlar altında göstərildiyi kimi istifadə etdiyimiz əlifba da bir neçə dəfə dəyişdirilmişdir.
Müstəqillik qazandıqdan sonra Azərbaycan dilinin qorunub saxlanılması, onun zənginləşdirilməsi və təmizlənməsi istiqamətində böyük işlər görülmüşdür.1995-ci il noyabrın12- də qəbul edilmiş müstəqil dövlətimizin konstitutsiyasında Azərbaycan dili rəsmi dövlət dili elan olundu. Azərbaycan dilinin milli-mənəvi və siyasi–hüquqi haqqının bərpası istiqamətində atılmış vacib addımlardan biri də Umummilli lider Heydər Əliyevin 18 iyun 2001 –ciildə imzaladğı”Dövlətdilinintətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanı oldu. Həmin tarixdən də etibarən tam şəkildə yeni əlifbaya-latın qrafikalı əlifbaya keçirildi. Bu keçidlə bağlı istər bədii,istər elmi ədəbiyyatlar min tirajlarla nəşr olundu və bu proses mütamadi davam etdirilməkdədir.
Azərbaycan bir dövlət kimi iqtisadi cəhətdən inkişaf edərəkdünyada tanındı və ölkəmizin təbiəti, insanları,dili əcnəbilərdə maraq yaradaraq öyrənilməyə başlanıldı.
Ölkəmizdə fəaliyyət göstərən xarici iş adamlarının çoxu Azərbaycan dilində mükəmməl danışa bilirlər.Lakin bütün bunlara baxmayaraq bu və ya digər səbəblərdən dilimizin təmizliyi korlanır, ədəbi dil normalarına uyğun gəlməyən dil ünsürləri nitqimizdə işlənir.
Dilimizi korlanması aşağıdakı hallarında baş verir:
1)Məhəlli dialektlər, yerli şivələr
2) Əcnəbi sözlər
3)Tüfeyli sözlər və s. vasitəsilə dilimiz korlanır, kobudlaşır, onun mənasına xələl gəlir.Dilin bu cür hallarla korlanmaması üçün mübarizə aparmaq hər birimizin borcudur.
Təəssüf ki, öz ana dilinə biganə yanaşaraq və özünü savadlı, mədəni göstərmək istəyərək dilimizi korlayan insanlara tez-tez rast gəlirik. Rusların təsirindən çıxmayan bir çox azərbaycanlı ailələdə hələ də rus dilindən ünsiyyət vasitəsi kimi istifadə olunur. Hələ də”xolodenik”,”marojna”,”stol”,”mama”“papa”,“şvabra”,”ruçka”, ”veşilka” və onlarca bu kimi sözlər işlədilməkdədir.Ən pisi odur ki, busözlərinazərbaycan dilində qarışılığı var. Əcnəbi dillərdən o sözlər götürülür ki,onun öz dilimizdə qarşılığı yoxdur.Və həmin sözlər geniş xalq kütləsi qarşısında o zaman səslənir ki, sözün mənasını kütlənin çox hissəsi başa düşsün.
Bəzi bölgələrdə əsasən Bakı və ətraf rayonlarda mürəbbə sözü əvəzinə “varenye”, gilənar sözü əvəzinə, ”vişnə” və s.işlədirlər.
Son zamanlarda isə ingilis dilinə çox üstülük verilir.Məsələn oldu sözü əvəzinə “okey” və ya qısa şəkildə “ok” sözündən istifadə olunur.
Düzdür bütün dillərdə alınma sözlər vardırki,zamanla bu dilin lüğət bazasında möhkəmlənərək vəzəndaşlıq hüququ qazanmışdır.Bu təbii prosesdir və xalqlar arasındakı əsrlərlə qonşuluq, iqtisadi, siyasi, mədəni və elmi əlaqələr bunu təmin edir. Lakin dilə zorla yenilik gətirmək olmaz.
Dilin qorunub saxlanılmasında elm və təhsil müəssiələri,kütləvi informasiya vasitələri əsas rolu oynayır. Bir məsələyə də diqqətətinizi cəlb etmək istəyirəm.
Ölkəmizdə fəalliyyət göstərən kafe,restoran, mağazalar və ticarət mərkəzlərinə nədənsə bizim dilimizə yad olan adlar verilir.Məsələn, ”Yeni siti”,”28 mol”,”Velotrek”, “Veqas”və s.
Dilimizin saflığının qorunmasında dilçi alimlərin,ədiblərin,jurnalistlərin, müəllimlərin üzərinə böyük məsuliyyət düşür və onların borcudur ki, Azərbaycan ədəbi dilinin saflığına, işlənməsinə diqqət yetirsinlər, onun yad ünsürlərdən qorusunlar. Əsrlərlə yaşayaraq, ulu babalarımızdan bizə miras qalan dilimizi qoruyub saxlayaq, yaşadaq və gələcək nəsillər çatdıraq.
Görkəmli şairimiz Xəlil Rza Ulutürkün şeirindn bir parçanı yada salaq:
İllər ötdü, yaşa doldum,
Anladım ki, ana dilim,
Ürəyimdən çıxmaz mənim,
Doğransamda dilim-dilim.
ƏDƏBİYYAT
- “Azərbaycan Respublikasının dövlət dili haqqında” qanun
- Abdullayev, Z.Məmmədov .Müəllimin nitq mədəniyyəti. Bakı, 2002
- Abdullazadə, F.Xalıqov.Azərbaycan dili. Bakı ,2006
- Cəfərova.İbtidai siniflərdə Azərbaycan dilinin tədrisi metodikası. Bakı, 2016
- İsmayılova. Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilməsi. Bakı,2008
- İsmayılova. Azərbaycan dili və nitq mədəniyyəti. Bakı, 2016