Ev İctimai “DSD” İB – şəhid ailələri və qazilər üçün yeni il şənliyi keçirəcək

“DSD” İB – şəhid ailələri və qazilər üçün yeni il şənliyi keçirəcək

412

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin təşəbbüsü ilə “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi “Şəhid ailələri və müharibə iştirakçıları üçün Yeni il şənliyinin təşkili” adlı layihəyə start verib.

Artıq layihəyə hazırlıq işlərinə başlanılıb, dənizçilər arasında Qarabağ uğrunda şəhid olanların ailə üzvləri və müharibə iştirakçıları müəyyən edilib.

Eyni zamanda dənizçi-şəhidlərin ailə üzvləri və qazilər üçün keçiriləcək Yeni il şənliyinə hazırlıq işləri hazırlıq işləri davam edir.

Tədbirin ssenarisi hazırlanıb, tədbirdə iştirak edəcək qonaqlar müəyyən olunub.

Bayram şənliyinə hazırlıq üçün tanıtım vərəqi, bukletin və rullopun mətni hazırlanıb.

Xatırladaq ki, “DSD” İB tərəfindən həyata keçirilən layihə 1 ay müddətinə nəzərdə tutulub.

Layihənin rəhbəri Faiq Səfərovdur (Balabəyli).