Ev Bədii Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının başqanı, tanınmış şair-publisist Əkbər Qoşalının...

Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının başqanı, tanınmış şair-publisist Əkbər Qoşalının bu ilin avqust ayında rus dilində nəşr olunan kitabının ilk təqdimatı Moskvada keçirilib

18

6 oktyabr 2026-cı il tarixində baş tutan təqdimat mərasimində ədəbiyyat və mədəniyyət ictimaiyyətinin nümayəndələri, şair və yazıçılar, tərcüməçilər və Əkbər Qoşalının yaradıcılığına maraq göstərən qələm adamları iştirak ediblər.

Tədbirin təşkilatçısı tanınmış şair-tərcüməçi, ictimai xadim Afaq xanım Şıxlı olub.

Təqdimat zamanı Əkbər Qoşalının yaradıcılığı, onun poeziyasının əsas xüsusiyyətləri və yeni kitabının rusdilli oxucu üçün əhəmiyyəti barədə fikirlər səsləndirilib.

Çıxışlarda şairin yaradıcılığında türk dünyası, milli-mənəvi dəyərlər, insan və zaman mövzularının xüsusi yer tutduğu vurğulanıb.

Kitabın rus dilinə tərcüməsində tanınmış şair-tərcüməçilər Afaq Şıxlı və Nilufər Şıxlinin əməyinin xüsusi rolu qeyd olunub.

Kitabın rus dilində nəşri Əkbər Qoşalının yaradıcılığının daha geniş oxucu auditoriyasına çatdırılması baxımından mühüm ədəbi hadisə kimi dəyərləndirilib.

Təqdimatda Azərbaycan ədəbiyyatının Rusiyada tanıdılması və ölkələrarası ədəbi-mədəni əlaqələrin inkişaf etdirilməsi istiqamətində bu kimi təşəbbüslərin əhəmiyyəti də qeyd olunub.