Ev Xəbərlər DGTYB başqanı İntiqam Yaşar Özbəkistanın Yunus Rəcəbiy adına Özbək Milli Musiqi Sənəti...

DGTYB başqanı İntiqam Yaşar Özbəkistanın Yunus Rəcəbiy adına Özbək Milli Musiqi Sənəti İnstitutunun rəhbərliyi ilə görüşüb

47

Yunus Rəcəbiy adına Özbək Milli Musiqi Sənəti İnstitutunu Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, azərbaycanlı şair və publisist İntiqam Yaşar ziyarət edib.
Ziyarət çərçivəsində türk dövlətləri arasında təhsil və mədəniyyət sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi, xüsusilə tələbə mübadiləsinin təşkili, ali təhsil müəssisələri arasında əlaqələrin möhkəmləndirilməsi məsələləri müzakirə olunub. Həmçinin türk dünyasının gənc yaradıcılarının əsərlərini bir araya gətirən, Azərbaycan, özbək və qazax dillərində nəşr olunmuş yeni kitabın institutda təqdimatının keçirilməsi təklifi irəli sürülüb.
Bu görüş türk xalqları arasında ədəbi, mədəni və maarifçilik əlaqələrinin daha da möhkəmləndirilməsi, gənclərin yaradıcılığının dəstəklənməsi və qarşılıqlı əməkdaşlıq üçün yeni imkanların yaradılması istiqamətində mühüm addım olub.

Özbəkistan Milli Musiqi Sənəti İnstitutunun mətbuat xidməti