Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Yaradıcılıq Fondunun dəstəyi ilə təşkil edilən “Ədəbiyyat adamı” mükafatının təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə Azərbaycan Yaradıcılıq Fondunun rəhbəri Xalq yazıçısı Kamal Abdulla açıb. O hər il Azərbaycan Yaradıcılıq Fondunun təqdim etdiyi “Ədəbiyyat adamı” mükafatının ədəbi mühitdə canlandırma yaratma baxımından əhəmiyyət daşıdığını vurğulayıb.
Daha sonra mükafatların təqdimatı baş tutub. Bu ilin mükafatçıları sırasında Əli Əmirli, Qulu Ağsəs, Kamran Nəzərli, Əbülfət Mədətoğlu, İntiqam Yaşar, Kənan Hacı, Kəramət Böyükçöl, Şahanə Müşfiq, Elnarə Qaragözova və Püstə Rəvan kimi imzalar yer alıb.
Daha sonra təltif olunan yazarlar çıxış edərək gələcəyə dair fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, şair-publisist İntiqam Yaşar Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Bizimyazi.az














