Ev İctimai Yeqzar Cəfərli fəlsəfə doktoru oldu

Yeqzar Cəfərli fəlsəfə doktoru oldu

319

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 25 oktyabr 2024-cü il tarixli qərarı ilə yazar, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Dünya Gənc Türk Yazarlar Birliyinin İdarə Heyətinin üzvü, Xəzər Universitetinin müəllimi Yeqzar Cəfərliyə filologiya elm sahəsi üzrə 5718.01 – Dünya ədəbiyyatı (ingilisdilli ədəbiyyat) ixtisasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.

Qeyd edək ki, Yeqzar Cəfərlinin 2012-ci ildə “Uçurum” adlı hekayələr kitabı, 2017-ci ildə “Nəriman Əbdülrəhmanlının bədii yaradıcılığı” adlı monoqrafiyası işıq üzü görüb.