Dünya Gənc Türk Yazarlar Birliyinin yeni nəşri işıq üzü görüb.
Bu barədə təşkilatın başqanı şair-publisist İntiqam Yaşar məlumat verib.
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə Türk dünyasından Şuşaya-Şuşadan Türk dünyasına layihəsi çərçivəsində Türk ölkə və topluluqlarından olan yazarların Azərbaycanın Mədəniyyət paytaxtı Şuşa şəhərinə həsr olunmuş müxtəlif janrlarda olan qələm nümunələri kitab şəklində çap olunub.
“Türk dünyasından Şuşaya – Şuşadan Türk dünyasına” adlı kitabda Azərbaycan, Özbəkistan, Türkiyə, Qazaxıstan, Qırğız Respublikasından olan yazarların Şuşa movzusunda qələmə aldıqları şeir, məqalə, esse və hekayə janrlarında olan qələm örnəkləri yer alıb.
Adıçəkilən kitabın Türkiyənin İstanbul şəhərində 14 yanvar saat 14:00-da Türk Ədəbiyyatı Vəqfinin konfrans salonunda təqdimatı baş tutacaq.