Ev İctimai Komitə sədri qəbul keçirdi – Fotolar

Komitə sədri qəbul keçirdi – Fotolar

71
Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa növbəti vətəndaş qəbulu günündə bir qrup incəsənət xadimi, mədəniyyət işçisi və yazarla görüşüb.
Dilimizvarlığımız.az xəbər verir ki, Milli Məclisdə baş tutan görüşdə, incəsənət xadimləri, mədəniyyət işçiləri və yazarlar öz yeni yaradıcılıq uğurları, qayğıları, planları ilə bağlı danışıb, onları maraqlandıran müxtəlif məsələlərlə bağlı suallar verib.
Xalq artisti Mərahim Fərzəlibəyov, Əməkdar artist Şəbnəm Tapdıq, Əməkdar artist Vaqif Mirzəyev, Əməkdar mədəniyyət işçisi, tanınmış yazıçı-publisist Fazil Rəhmanzadə, 50 ilə yaxın Şirvanşahlar Sarayı, Qız Qalası, Atəşgah və b. dövlət qoruqlarının rəssamı olmuş Böyükxanım Dadaşova, pedaqoq-tarzən Cəbrayıl Göyüşov, miniatürçü rəssam Pərinisə Əskərova, müğənni Cəmilə Hüsiyeva, Heydər Əliyev Sarayının keçmiş direktor müavini İlqar Dadaşov, tanınmış araşdırmaçı jurnalist Ulduzə Qaraqızı, Bakı Bələdiyyə Teatrının aktyoru İsmayıl Atakişiyev, aktyor, müğənni Tofiq Hacıyev, mədəniyyətyönümlü QHT rəhbərləri – jurnalist Vüsalə Qələndərli, xanəndə Fəridə Mirişova və Kərəm Nəbiyev, yeni yaradılmış özəl “Qədim Zəngəzur” Teatrının direktoru Firudin Əliyev, teatrın bədii rəhbəri, kino, dublaj və teatr aktyoru Ramil Zeynalov, rəssam Mehriban Xəlilzadə, gənc şair Roma Xosrov, gənc filoloq Həmidə Mehbalıyeva, məktəbli yazar Sevindik Nəsiboğlu və başqaları (toplam 27 nəfər) ilə görüşən Fazil Mustafa, onları ətraflı dinlədikdən sonra, toxunulan mövzularla bağlı fikirlərini bölüşüb, həllivacib məsələlərlə bağlı əlaqədar dövlət orqanları ilə müzakirə aparacağını, müvafiq müraciət məktubları yazacağını bildirib.
Fazil Mustafa Azərbaycan ali dövlət rəhbərliyinin, Heydər Əliyev Fondunun mədəniyyətə, incəsənətə yüksək diqqət-qayğısından söz açıb, Mədəniyyət Nazirliyinin yeni rəhbərliyinin təşkil etdiyi tematik forumlara, digər məsələlərə diqqət çəkib.
Qanunvericilik orqanında mədəni irslə, mədəniyyət, incəsənət fəaliyyəti ilə bağlı aparılmış müzakirələr, qəbul edilmiş qanunlar yaxud qanunlara əlavələr haqqında danışan Fazil Mustafa, qəbula gələnlərə Mədəniyyət Komitəsinin fəaliyyəti barədə də bilgi verib.
Görüş iştirakçılarından bir qismi öz əsərlərini Komitə sədri üçün imzalayıb.