Ev Xəbərlər Gəray Göyyurdun yeni şeir kitabı gün üzü görüb

Gəray Göyyurdun yeni şeir kitabı gün üzü görüb

13

Şair Gəray Göyyurdun “Bizim ailəmizdir dost, qardaş Türk dünyası” adlı yeni kitabı “Zərdabi Nəşr”də nəfis tərtibarla çıxıb. 248 səhifəlik kitabda müəllifin Türk dünyası ünvanlı şeirləri, poemaları toplanıb.

Kitabın əsas ideya xəttini Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər, Azərbaycan–Türkiyə qardaşlığı, Türk dünyasının mənəvi birliyi, şəhidlərimizin əziz xatirəsi, qazilərimizin qəhrəmanlığı və Turan məfkurəsi təşkil edir. Müəllif bu mövzuları lirika ilə vətəndaşlıq duyğusunun vəhdətində təqdim edir.

Topluda “İki qardaş, iki Cumhurbaşqanı”, “Şuşa Bəyannaməsi”, “Gəldi türkün ordusu, gəldi Azərbaycana”, “Qalib bir ölkənin vətəndaşıyam”, “Bizim ailəmizdir dost, qardaş Türk dünyası” və digər şeirlər vasitəsilə Azərbaycanın dövlətçilik idealları, qardaş Türkiyə ilə sarsılmaz həmrəyliyi və ümumtürk birliyi poetik dillə tərənnüm olunur.

Nəşrin redaktoru Fəxri Uğurludur.