Ev Uncategorized Dünya yazarlarından Azərbaycan Prezidentinə həmrəylik məktubu

Dünya yazarlarından Azərbaycan Prezidentinə həmrəylik məktubu

1279

Dünyanın bir qrup tanınmış şair, yazıçı və ədəbiyyatşünası Azərbaycan Prezidenti cənab İlham Əliyevə həmrəylik məktubu göndərib. Bu barədə, tanınmış yazar Əkbər Qoşalı məlumat verib. Ə. Qoşalı bildirib ki, məktub, Azərbaycanın könül dostu, qardaş Özbəkistanın nüfuzlu “Kitab dünyası” qəzetinin baş redaktoru, Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) Məsləhət Şurasının üzvü Xasiyyət xanım Rüstəmin təşəbbüsü ilə yazılıb. O qeyd edib ki, Xasiyyət xanım Azərbaycan Respublikasının Ermənistan tərəfindən məruz qaldığı elanolun­mamış müharibənin acı nəticə­lərinə, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsinə, xalqımızın haqq işinə, bir sözlə, Azərbaycan həqiqətlərinə öncələr də biganə qalmayıb; necə deyərlər, candan-könüldən davranıb. O, düşmənin iyulda Tovuza hücumu vaxtı, Qarabağ ağrılarını, Azərbaycan həqiqətlərini mükəmməl poetik dillə ifadə edən “Adı Lalə idi o qızın” adlı poema yazıb.

Dünyanın müxtəlif coğrafiyalarında, fərqli ölkələrdə və şəhərlərdə yaşayıb-yaradan 14 tanınmış ədibin adları:

Gjeke Marınaj – ABŞ, Rudolf Marky – Albaniya,
Sungrye Han – Güney Koreya,
Biplab Majee – Hindistan,
John Farndon – İngiltərə,
Karlos Ernesto Garsia – İspaniya,
Rosalba Fantastico di Kastron – İtaliya,
Sovan Bhattacharya – Kəlküttə,
Daniela Andonovska-Trajkovska – Quzey Makedoniya,
Xasiyyət Rüstəm – Özbəkistan,
Vadim Teryoxin – Rusiya,
Mehmet Nuri Barmaqsız – Türkiyə,
Coşqun Qarabulud – Türkiyə,
Mai Van Phan – Vyetnam

Xasiyyət Rüstəmin təşəbbüsü ilə imza­ladığı məktubda, Azərbaycanın haqlı işinə dəstək, xalqımızın xarakterinə və mədəni irsimizə məhəbbət ifadə olunub.

Azərbaycan Prezidenti cənab İlham Əliyevə

Həmrəylik məktubu

Hörmətli cənab Prezident!

Bu gün ölkənizi narahat edən durum və bölgədəki savaş bütün dünyanı, eləcə də, biz şair-yazıçıları da narahat edir; amma Sizin güclü elminiz, mislsiz diplomatiyanız və xalqınıza olan sevginiz bizə sadəcə təskinlik vermir, əminik ki, xalqınızın, millətinizin qəlbində də sabahkı işıqlı günlərə, xoşbəxt gələcəyə ümid oyadır.

Əslində, biz – bütün dünya yazarları hər cür müharibəyə qarşı­yıq, ancaq Sizin durumunuz insanı düşünməyə vadar edir. Çünki Siz başqa bir ölkənin torpağı üçün savaşmırsız, özölkənizdə öz torpağınız üçün savaşırsız! Bütün siyasətçilərin vurğuladığı kimi, Sizin və Sizin xalqınızın başqa seçimi qalmayıb və ən son yol bu idi… – Azərbaycanın sabahı, xalqın gələcəyi üçün vuruşmağın vaxtının gəldiyi görsənir.

Azərbaycan xalqı dünyaya nə qədər dahilər, ulu alimlər verib. Azərbaycan gözəl insanları, qonaqpərvər xalqı ilə dünyayda məşhurdur; onların bu sınaq günlərində də, özlərinin təmkini və insansevərliyi ilə bütün dünyaya örnək olacağına ümidvarıq.

Sizi və mehriban xalqınızı ürəkdən dəstəkləyirik və bu xalqdan gələcəkdə də yeni dahilər yetişəcəyinə inanırıq.

***
Озарбайжон Президенти Жаноб Илҳом Алиевга
ҲАМДАРДЛИК МАКТУБИ

Ассалому алайкум, Жаноб Президент!

Бугун Мамлакатингизни безовта қилаётган аҳвол ва ҳудудий можаролар бутун дунёни ва шу жумладан, Биз шоир-ёзувчиларни ҳам ташвишга солмоқда. Аммо, Сиздаги кучли билим, беқиёс дипломатия ва Халкингиз – Миллатингизни севишингиз бизга таскин берибгина қолмай, халқингиз қалбида эртанги ёруғ кунларга, бахтли келажакка умид уйғотади.

Аслида Биз, Бутун Дунё Шоир-Ёзувчилари ҳар қандай урушга қаршимиз, аммо, Сиздаги ҳолат одамни ўйлашга мажбур қилади… Чунки, Сиз ўзга Мамлакат тупроғи учун эмас, Ўз юртингизда, Ўз тупроғингиз учун курашмоқдасиз! Бутун Сиёсатчилар таькидлаётгани каби, Сизнинг ва халқингизнинг бошқа танлови қолмаган ва энг сўнгги чора шу эди… Озарбайжоннинг эртаси, Халқнинг келажаги учун ҳаракат қилиш вақти келганлиги таькидланмоқда.

Озарбайжон халқи жаҳонни қанчадан-қанча даҳолар, улуғ Алломалар билан сийлаган. Озарбайжон ажойиб инсонлари, меҳмондуст халқи билан дунёга машҳур. Улар бугунги шундай синовли кунларда ўзларининг сабр-тоқатлари ва инсонпарварлиги билан бутун дунёга намуна бўлишларига умид қиламиз!

Сизни ва меҳрибон Халқингизни сидқидилдан қўллаб-қувватлаб, бу халқдан эртага кўплаб Даҳолар етишиб чиқишига ишонамиз.