Elmi rəhbər: dosent Şahidə Kəramavə
Filologiya fakültəsinin tələbəsi: Narbaeva Zərinə
Dan. Qəflət yuxusundan oyanmaq və yeni xəyallara düşmək arasındakı uzvilikdir. Ruhların gecə ləzzətlərindən sonra yeni bir həyati qarşılamasıdır. Quşlar oxunmasi, səhərin hüzürbəxş küləkləri, günəşin işıq saçmasi. Həyat kitabımızda yeni bir səhifə açılır.
Yeni səhər. Bəlkidə, bu səhər kiminsə günəşi gülmədi. Sərin səhər küləkləri çaxnaşma qarışığı ilə guruldayıb. Quşların səsi yerinə roketlərin və tankların gurultusu, şüalardan atılan saysız güllələr səsi. “Ermənistan və Azərbaycan Dağlıq Qarabağdakı vəziyyətin gərginləşməsi səbəbindən hərbi vəziyyət elan etdilər. Bazara ötər günü gecə və yarin səhərdə Dağlıq Qarabağda təmas xəttində Ermənistan və Azərbaycan qoşunları arasında toqquşmalar baş verdi. Hər iki tərəfdə də qurbanlar var.”
Yuxarıdakı xəbərlər mətbuatda yayıldıqca bütün dünya ictimaiyyətinin diqqətini çəkdi. Çox ürəklər qorxu hissi ilə doldu. Minlərlə günahsızlərin qəddini əyib, qəlblərinin parçalanmasına səbəb oldu. Hər danda övladları üçün çörək bişirən anaların, həyat nəşidəsindən sevinən gəlinlərin xöşbəxt mahniləri yerinə hərbi vəziyyətin böyüməsi və insan tələfatı barədə təhlükəli xəbərlər eşitilməsi nə qədər çətin… Ölkədəki gərginlik səbəbindən 55 yaşınadək olan kişilər hərbi səfərbərliyə çağrılıb. İndi könlündə mühəbbət çeçəkləri açmaya başlayan gənclər, gənc gəlinləri intizarliq quçağina atib iki gözü arxasında qalan igidlər, nəvə qazanacaq yaşda olanlarin hərbi səfdə olmasi ölkənin aci taleyidənmi? Ermənistan və Azərbaycan müharibəsi. Bu nə qədər adamlar itirilmesi, nə qədər müsibət, nə qədər zədə deməkdir. Nəhayət, çoxlu hərəkətlər nəticəsində müharibə dayandırıldı. Ancaq o səbəb olduğu ağrılar bir çox insana zərər verib. Bu cür xəbərləri dünyanın müxtəlif yerlərində qəzet, jurnal, televiziya və internet arxali xəbər tapan insanların qəlbində də ağrılər verdiyi var şeydir… Çünku, hamımız Adəm Ətadan gələn zəif qullarıq. Qanımız və ruhumuz fərqli olsa da, qəlbimiz birdir. Bu cür qırğınlar və qaldırdığı təlatümlər ədəbiyyatı da yan keçmir. Qurbanlara edilən zülm, günahsızların yasları ədəbiyyat səhifələrində canlı şəkildə səsləndirilib və səsləndiriləcək.
Özbək ədəbiyyatında, o cümlədən özbək poeziyasında bütöv, canlı, müəyyən bir məqsədə və tərbiyəvi əhəmiyyətə yönəlmiş çox əsər var. Sevindirici haldır ki, bugünkü gərgin ədəbi prosesdə bu cür əsərlərin sayı artmaqda. Belə əsərlərdən biri də Xasiyyət Rüstəmovanın “Adı Lalə idi o qızın” dastanıdır. Əsərdə qaldırılan fikir həyatımızın keçmişinə və bu gününə uyğunluğu ilə seçilir. İlk baxışdan, yaxınlarını itirən kiçik bir uşağın fiziki və zehni ağrıları əks olunsada, amma əslində bele deyil. Əsərdə bütün cəmiyyəti, bütün bəşəriyyəti narahat edən, ürəkləri sarsıdan bir müharibə və dünya ictimaiyyətinin barışa və bərabərliyə can atan ağrılı məqamlarından biri olan sonsuz yaraları təsvir edilib.
Əsər müəllifin tədbirdə tanış olduğu gənc qız Lalənin gözlərindəki kədərlər dolduran acı göz yaşlarının təsviri ilə başlayır. Lalənin gözlərindəki əzabdan axan ağrılı göz yaşlarının görünməsi, şairin üzündəki təbəssümün əvəzinə kədər pərdəsi ilə, ürəyindəki rahatlıq hissi aci duyğuyə evrilməsinə səbəb olur. Bu görüş şairin qəlbində başqa bir dönüş yaradır. Bu gənc qız və onun uşaqlıqdan kənarlaşması əsərin yazılmasına təkan verir. Uşaqlıq elə nemətdir ki, sonrakı həyatımızın təməli, yaddaşımıza həkk olunacaq ən gözəl dövrdür. Saf duyğuların müqəddiməsi, yaxşılığa inam, həyatı parlaq rənglərə boyayan qayğısız anlardir. Uşağın ürəyi o qədər ağ, o qədər safdır ki, aldatma üçün yaddır, onda mənfəət hissi cansız. Uşaqlar şirin dünyalarına inandıqları nağıllar arasında qayğısız yaşayırlar. Ancaq təəssüf ki, qəhrəmanımız Lalə haqqında nə deyə bilərik. Lalənin uşaqlığı birdən qorxu ilə dolu bir yuxu kimi acı bir peşmanlığa çevrildi.
O həyatı hansı rəngdə görür? Hansı rənglər arasinda yaşayır? Ruh aləmi yalnız qaranlıq, ümidsizliklə dolub. Uşaqlıq dünyası rəngli olmaqdan çox uzaq. Lalə hansı nağıla inanıb yaşayir? Yaxşılıqla bitən nağıllar harada? Yoxsa bu nağıllar Lalə üçün deyilməyibmi? Gözləri hələ uşaqlıq xoşbəxtliyi ilə dolu deyil, göz yaşları ilə doludur. Göz yaşlarında taleyin acı məktubi mürəkkəbsiz və sözsüz yazılıb:
Başımda ildırım çaxdı o zaman.
O isə başını aşağı salıb,
Boynunu bükmşdü bənövşə kimi.
Onu qucaqladım, köksümə sıxdım,
Mən ki görməmişdim bu boyda qəmi,
Mən ki görməmişdim bu göz yaşını.
Əslində, bir an içində böyümüş bu körpə. Hələ uşaqlıq xoşbəxtliyindən doymamış bu uşaq. Uşaqlardan cənnət qoxusu gəlir, deyilir. Həqiqətən, hansı uşaqla danışdıqki, ürəkimiz xirə tartib. Əksinə, şirin dillərindən çıxan qüsursuz sözləri bütün dünyamızı sevinclə doldurur. Bütün narahatlıqlarımızı unudaraq uşağın sevincinə şərik oluruq. İllərdir bəşəriyyətin yüzillər boyu məhkum etdiyi müharibələr milyonlarla uşağın uşaqlığını oğurlayır. Cənnət ətri süzən uşaqların gülüşü əlindən alındıqda nə qədər cənnət tapdanır, bilməm. Təəssufki bu qaçılmaz bir həyat həqiqətidir.
Ürəyimizdən keçən bu hallar müəllifin qəlbində onsuz da ucalmış və təsir dolu, cazibə dolu bir əsər olaraq yenidən doğulub. Lalənin şairin əlinə tutduğu dəftəri oxumaq üçün müəllife səkkiz ay gərək olub.
Bu yaş dolu gözlər səkkiz ay müəllifin qəlbində bir hədik kimi yaşayır. Çoxlu düşüncələr, tərəddüdlər, mübahisələrə, ağrılara səbəb olur. Bütün dünyanın qayğılarını özünə çəkə bilən ağrılı kədər obrazının canlılığı, cümlələrin bir-birini təkrar etməməsi və şairin qəlbindəki paralel hisslər əsərin bədii dəyərini artırdı. Lalə ilə görüş və doğurduğu təəssüratlar seriyası istər-istəməz müəllifin uşaqlıq xatirələri ilə bağlıdır. İllərdir ürəyində basdırılan xatirələr, xəyallarının gözlərini açacaqdır. İyirmi yeddi illik özlem yenidən alovlandı.
Əsər üçün seçilmiş detallar dastanın təsirini artırmaqla yanaşı müəllifin məqsədini aydınlaşdırmağa, oxucu qavrayışının və duyğularının səfərbərliyini sürətləndirməyə xidmət edir.
Qalıram
dəhlizlər arasında mən
o gəlincik mənim rəfiqəm idi,
sanki bir adamdı – bir ürək dostu.
Unutmaq ağırdır, iki gün öncə
Atam adgünümə almışdı onu.
Soyuq müharibənin başlanğıcında, bütün bir ailə, eleki, bütün bir millət təhlükə qarşısında qaldığı bir vaxtda o qızın mətbəx pəncərəsinin qabağından unutan kuklasi necə dərəcədə vacibdir. Əslində burda kukla detalının nə qədər hissəsi gətirilib? Eyni detalın seçilməsi müəllif bacarıqlarının yeni bir tərəfini kəşf edən. Əslində, o kukla atanın övladına verdiyi en son hədiyyə, ata sevgisinin maddi simvolu, ata ürəyindən tökülən bir damla işığın rənginin parıldaması idi. Təbir caiz olsa, bütün bir uşaqlıq mətbəx pəncərəsi onunda unudula. Bu qədər kiçik bir detalı getirmək fikrnin ürəkləri sarsıtması təəccüblü deyil. İtki üzerine Lalənin gərginliyinin o qədər travmatik olmasıdır ki, şairin vəziyyəti bundan da az deyil. Titrəyən ürək, yaşa dolu gözlər və ziddiyyətli hisslərin səsiylə elənən bədən-ruhun surəti və obrazı bütün əhval-ruhiyyəsi ilə əsərə tam köçürülür.
Titrəyən əlində bir şəkil vardı.
Adı Lalə idi o qızın...
O şəkli əlimə aldım və baxdım,
Bir oğlan uşağı…
Üzü nur timsalı, işıq misalı,
öncə anlamadım,
sonra duydum ki,
Nədənmiş bu qızın pərişan halı.
Var cəsarəti həmdə səlabətini gösterən, gözləri həyata ümid bürüyən gencin şəklini görən şairin könlündə bir üsyan başlayır. O elə bir üsyan idi ki, sanki hətta dünya da nəfəsini kəsmişdi. Onun düşüncələri, dünyası var böyulə yoxluqa çevrilib. Ürəkdə doğulan kədər, əzab şairi min haldan alib, min hala salirdi.
Çiynimdə bir uçaq dərd gətirmişdim.
Cərəyan sarmışdı canımı sanki.
Titrədirdi məni…
Unudub aləmi, cümlə cahanı,
Bütün dərdi ilə, yanğısı ilə
Mən qucub ağladım Azərbaycanı!
Titrəyən bədən, titrəyən ruh, bütün dünyanı unudub qardaşının taleyinə qöşulan şüur. Onların həmməsi insanlıq və fədakarlıqdan ibarət idi. Eyni zamanda gözləri dikilmiş şəkil, iztirab dolu dəftər. Bunlar şairi o dərəcədə həyəcanlandırırdı ki, sanki o azəri qızı Laləni deyil, bütün Azərbaycan və azəriləri sonsuz dərdi qucaqlayaraq ağlamaqda idi. Uzaqlarda geçen müharibə nəfəsi şairə böğzunə daş olaraq diqilmaği heç bir yerdə gizlənmədən və boyanmadan təsvir olunub. Əsərdə belə bir vəziyyətin ifadəsinin misralar vasitəsilə oxucunun ürəyinə keçməsi və onu titrətməsi əsərin yüksək bədii gücünə işarədir.
Yaş dolu göz obrazı ilə başlayib yaş dolu göz ağrısı ilə bitən bu əsərdə yazıçının yaza bilmədiyinə səbəb yox.
Ağaclar qəmgindi Azərbaycanda,
Küləklər hay salır əsib hər yana.
Ey, həyat, mərhəmət yağdır bu yurda,
Ürəyini qaytar Azərbaycana!
Yuxarıdakı cümlədə mənzərənin fərqli xüsusiyyətləri gözəl müqayisələr yolulə əks olunur. Çətin bir dövrdə ağaclar da yas paltarına bürünüb, kədərli şəkilə salmaği, küləklər esdirilmesi hallari lap gözəl təsvirlənib. “Ürəyini qaytar Azərbaycana!” ifadəsi də qeyri-müəyyənliyi ilə diqqəti cəlb edir. Ayədə müəllif ötər bir adam kimi əks olunub. İlk baxışdan, azərbaycanlılardan münaqişənin mənbəyi olan Dağlıq Qarabağı geri qaytarmağa və qırğınlara son qoymağa çağırılır.
Şairin vəzifəsi beynəlxalq vəziyyəti şərh etmək deyil, lirik qəhrəman hissləri ilə sosial-fəlsəfi ümumiləşdirmələr aparmaq, coğrafi mövqeyindən, etnik mənsubiyyətindən, sosial vəziyyətindən və ən əsası qəlbində dünya barışığından asılı olmayaraq milyonlarla insanı xəbərdar etməkdir.
Uzaqda olsam da, barışmıram heç
Qapılıb qalmıram öz həyatıma.
Harda müharibə oldu desələr,
Ancaq Azərbaycan düşür yadıma.
Məzarlar cürbəcür,
məzarlar fərqli,
Ölkələr bənzəməz biri-birinə.
Hərəsi bir tarix saxlar özündə;
Öz anam bildiyim Azərbaycanın,
Şəhid məzarları getməz gözümdən.
O müharibə, o yara şairin qəlbində elə bir dərin yara buraxdı ki, “Harada müharibə başladı” deyəndə Azərbaycan və günahsız insanlar şair ağlinə gəlir. Müharibə dəhşəti nə qədər qorxuludur. Səssiz titrəyən dillər, ağrılər qəzəbindən doğulan səslər, həyata heç doymayan qəbirlər. Atalar, analar, körpələr. Qəbirlər, qəbirlər, qəbirlər! Qəbirlərə təkcə cəsədlər basdırılmayib, saysız-hesabsız ümidlər, həyata keçirilə bilməyən xəyallar, gülməyə çalişmayan gülüşlər torpağa basdırılıb.
Yaranan təhlükəli vəziyyət, qəmli dövrün nəfəsi səbəb ürəklərdə göz açan ayriliq əzabi, gülməyi unutmuş gözlər, həlavətə yad olan hisslər. Bu kimi halların qarışıq baş verməsi müharibəyə, müəllifin ürəyində doğulan obrazlarin nifrətinin bədii bir ifadəsidir. Bənzər cümlələrə demək olar ki, hər bənddə rast gəlirik. Aşağıdakı setirlər bu fikri təsdiqləyir:
Qara torpağa kim gömüldü yenə?
Yenə göy üzündə uçdumu güllə
Yoldu saçlarını de hansı ana?
Bir qız ata deyib ağladı, dünya!
Hələ də həyata ümid bəsləyənlərin ruhlarını və cəsədlərini məhv edən, onları qara toz halına gətirən, başlarındakı güllələr sabahın ümid qatillərinə çevrilən, analar körpələri deyə ağri çekerek ölməsi, körpələr “Ata” deyə qışqırışınə səbəb olan lənətlənmiş müharibənin başlanması dastanın ən yüksək nöqtəsi olduğunu qəbul etməkdə haqlıyıq.
Əsərdə oxucunun diqqətini cəlb edən çoxlu məqam var.
Yadına düşərmi gülmək? – Yox, əsla,
Qara torpağında ağrılar çin-çin…
Açılan qönçə də, göyərən ot da,
Bir savaş hayqırır Qarabağ üçün..!
Adını yaşadır, qürurla böyür,
Yığılır qoluna tarixin gücü..!
O yurdda doğulan, böyüyən oğlan –
Namus döyüşünə hazır döyüşçü!..
Yuxarıdakı misralar oxucunun ürəyini oyatmasi, yuxulu ürəyimizə bir dəfə də olsun toxunmasi mümkün deyil. Təsvirdə müəllif məharəti öz gücünü göstərir. Yerdən qalxan hər ot həyat deməyi, ancaq hər otun döyüşdə ölümə getməsi və ya Azərbaycanda bir çox oğlan uşağının dünyaya gəlməsi Azərbaycan xalqının “bel”ini gücləndib, həyatına baxmayaraq körpə doğulan kimi müharibənin taleyi münaqişə əleyhinə istifadə gözəl qarşıdurma nümunələri yaratdı. Bütün əsərlərdə də belə bir görüntüyə rast gəlmirik.
Xasiyyət Rüstəmovanın “Adı Lalə idi o qızın” dastanı həcm tərəfdən o qədər də böyük deyil, lakin bütün xalqların taleyi üçün barışığın dəyərini əks etdirən bədiiyyət ifadəsidir.
Hər dəfə oxunduqda yeni bədii kəşflər doğulmasi mümkün olan yaxşi bir nəzmi əsər. Bu dastan tərbiyəvi əhəmiyyəti, ideoloji gələcəyi, bədii mükəmməlliyi ilə orijinallığı kəşf edə bilən bir ədəbi əsərdir. Bu əsər müharibəni pisləyən, dinc və firavan bir həyatı təbliğ edən, qardaş xalqlarımızın, ümumiyyətlə dünya xalqlarının taleyinə biganə qala bilməyən bir uşağın ürəyini, şirin, mehriban bir özbəkin ürəyini var həqiqətilə təsvir edən bir sənət hədiyyəsidir.
Rəhmət BABACAN çevirməsi