Ev Xəbərlər AYB-nin üzvünə vəzifə verilib

AYB-nin üzvünə vəzifə verilib

616

Prezident təqaüdçüsü, Dünya Gənc Türk Yazarlar Birliyinin İdarə Heyətinin üzvü, şair-publisist Yusif Nazim Ərəbsoy facebook-da Diri Baba türbəsinə direktor təyin olunduğunu yazıb.

O, vurğulayıb ki, Diri Baba türbəsi Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərir.

Diri Baba türbəsi Şirvanşahlar zamanının yadigarıdır. Bu əzəmətli türbə hər il minlərlə xarici turistin səyahət etdiyi yerlərdəndir. Zaman-zaman Adam Oleari, Övliya Çələbi, Kornelius de Bruin və s. xarici səyyahların diqqətini çəkən Diri Baba türbəsi ətrafındakı mağaralar sufizmin xəlvətilik qoluna mənsub dərvişlərin məkanı olub. Buranın maraqlı tikilişi, əzəməti insanı özünə cəlb edir. Şirvan-Abşeron memarlıq üslubunda olan abidə 1402-ci ildə Şirvanşah I İbrahimin əmrilə tikilib.

Qeyd edək ki, Avqustun 12-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Diri Baba türbəsində aparılan yenidənqurma işlərilə tanış olublar. Ölkə rəhbəri abidənin turizm infrastrukturunun inkişaf etdirilməsiylə bağlı öz tapşırıqlarını verib.