“Vətənpərvərliyin Təbliğinə Dəstək” İB-nin başkan yardımcısı, “Azərbaycan Vətən Müharibəsi Veteranları” İB-nin fəxri üzvü, bəstəkar Fərahim Sadiq 55 illik yubileyi ərəfəsində cənab nazir Zakir Həsənov tərəfindən Müdafiə Nazirliyinin “Fəxri Fərman”ına layiq görülüb.
dilimizvarlığımız.az xəbər verir ki, tanınmış bəstəkar Fərahim Sadiq Azərbaycan Ordusunun təbliğ olunmasında, şəxsi heyətin hərbi vətənpərvərlik tərbiyəsində göstərdiyi xidmətlərə və mənəvi dəstəyə görə təltif olunub.
Qeyd edək ki, Fərahim Sadiq 1968-ci ildə Naxçıvan şəhərində anadan olub. O, “Azərbaycan Vətən Müharibəsi Veteranları” İB-nin, Dünya ALPAQUT Federasiyasının tədbirlərində musiqi tərtibatçısı kimi yaxından iştirak edir, müxtəlif maraqlı musiqi layihələri ilə çıxış edir.
Onun “ƏSGƏRNAMƏ” adlı musiqi layihəsi özəlliklə seçilir. Fərahim Sadiq tanınmş hərbi diktor Şəmistan Əlizamanlının ifasında yer alan “Tanrı Türkə yar olsun!”, “Haydı Bismillah ” kimi sevilən mahnıların ilkin aranjimançısıdır.
Dünya Gənc Türk Yazarlar Birliyi tanınmış bəstəkarı 55 illik yubileyi münasibəti ilə təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayır.
“