Ev İctimai Özbəkistanın mədəniyyət və turiz naziri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət...

Özbəkistanın mədəniyyət və turiz naziri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib

315

Özbəkistanın mədəniyyət və turizm naziri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib

Özbəkistanın mədəniyyət və turizm naziri Ozodbek Nazarbekov “2023-cü il Şuşa – Türk Dünyasının Mədəniyyət Paytaxtı” tədbirinin rəsmi açılış mərasimi çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edərək, təşkilatın prezidenti Günay Əfəndiyeva ilə görüşüb.

Görüşdə işğaldan azad olunması ilə bütün Türk Dünyasında qürur və fəxarət mənbəyinə çevrilmiş Şuşa şəhərinə məxsus zəngin maddi-mənəvi sərvətlərdən söz açılıb. Təşkilat tərəfindən bu il Türk Dünyasının Mədəniyyət Paytaxtı statusunu daşıyan Şuşa şəhərinin tarixi və mədəni irsinin təbliği yönündə həyata keçirilmiş bir sıra tədbirlərdən bəhs olunub. Fond tərəfindən ötən ildən başladılan, həmçinin Özbəkistanın Daşkənd şəhərində təşkil olunan “Şuşa Günləri” ümumtürk həmrəyliyinin nümayişi kimi dəyərləndirilib. Layihənin Türk Dünyasının müxtəlif şəhərlərində davam etdiriləcəyi bildirilib.

Görüşdə eyni zamanda Fondun Özbəkistanla qarşılıqlı əməkdaşlığın inkişafı yönündə apardığı işlərə diqqət çəkilib. Ölkənin rəsmiləri ilə keçirilən görüşlər, Fondun onların iştirakları ilə gerçəkləşən tədbirləri müzakirə olunub. Özbək xalqının görkəmli mütəfəkkiri Əlişir Nəvainin 580 illik yubileyinin təşkilat tərəfindən qeyd olunması, yaradıcılığının beynəlxalq miqyasda təbliği yüksək giymətləndirilib. Təşkilat ilə Özbəkistan arasında ortaq iş birliyi çərçivəsində planlaşdırılan gələcək layihələrin perspektivləri nəzərdən keçirilib.

Görüş qarşılıqlı maraq doğuran mövzulara dair fikir mübadilələri ilə davam edib.