Ev Bədii Siyasət deyilən bağlı qapının, sehri ƏLİYEVdi, sirri ƏRDOĞAN

Siyasət deyilən bağlı qapının, sehri ƏLİYEVdi, sirri ƏRDOĞAN

568
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan

Dayandur Sevgin

Siyasət deyilən bağlı qapının,
sehri Əliyevdi, sirri Ərdoğan

Tanrı dayağıdır nər oğulların,
Üzün ağartdılar qara yolların,
TURANı yaradan qoşa qolların,
Biri ƏLİYEVdi, biri ƏRDOĞAN.

Vətən, vətən olur şəhid qanında,
Yazdılar başkanlar hər fərmanında,
İki kral gəzir türk ormanında,
Pələngi ƏLİYEV, Şiri ƏRDOĞAN.

Türkün amalıdır, bünövrə daşı,
Haqqın yanında ol, nahaqqa qarşı,
Yazılacaq Türkün istiqlal marşı,
Bəstəsi ƏLİYEV, şeiri ƏRDOĞAN

Verib qiymətini türkün tabının,
Yönün dəyişdilər dünya çapının,
Siyasət deyilən bağlı qapının,
Sehri ƏLİYEVdi, sirri ƏRDOĞAN.

Əl çəkmir öz cılız iddasından,
Cahillər həzz alar xalqın yasından,
Bir gün siləcəklər TÜRK dünyasından,
Zalımı ƏLİYEV, şəri ƏRDOĞAN.

Siyasətdə mətin, döyüşdə mətin,
Qazandınız hər vaxt xalq məhəbbətin,
Göstərin dünyaya TÜRKün qüdrətin,
İrəli ƏLİYEV, yürü ƏRDOĞAN.