Ev İctimai Sumqayıt Poeziya Evinə yeni təyinat

Sumqayıt Poeziya Evinə yeni təyinat

97

Gənc şair ELVİN İNTİQAMOĞLU(Məmmədli Elvin İntiqam oğlu) Əli Kərim adına Sumqayıt şəhər Poeziya Evində kütləvi tədbirlər üzrə təşkilatçı vəzifəsinə təyin edildi. Ona çalışmalarında uğurlar və başarılar diləyirik

Elvin İntiqamoğlu 1996-cı ildə Yardımlı rayonunun Horonu kəndində müəllim ailəsində doğulub. 2018-ci ildə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsi “Azərbaycan dili və ədəbiyyat”  ixtisası üzrə bitirib. Vətən müharibəsi iştirakçısıdır. “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. “14-cü qızılgül” adlı şeirlər kitabının müəllifidir.