Ev İctimai “Türk Dünyasında Azərbaycan dili və ədəbiyyatı araşdırmaları” adlı beynəlxalq elmi simpozium keçiriləcək

“Türk Dünyasında Azərbaycan dili və ədəbiyyatı araşdırmaları” adlı beynəlxalq elmi simpozium keçiriləcək

40

Xəzər Universitetində Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə “Türk Dünyasında Azərbaycan dili və ədəbiyyatı araşdırmaları” adlı I beynəlxalq elmi simpozium keçiriləcəkdir.

Türkiyə Respublikasının Kafkas Universiteti, Ege Universiteti, Atatürk Universiteti, Özbəkistan Respublikasının Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutu, Şimali Kipr Türk Respublikasının Uluslararası Final Universiteti, Türk Akademiyası və Azərbaycan-Kipr Dostluq Cəmiyyəti Simpoziumun təşkilində tərəfdaşdırlar. Ölkəmizdə isə Simpoziumun təşkilinə Azərbaycan Milli Elmlər Akademiyası, AR Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi və Nizami Gəncəvi Vəqfi dəstək verəcəkdir.

Simpozium 24-25 oktyabr 2024-cü il tarixində Bakıda Xəzər Universitetində keçiriləcəkdir.

Simpoziuma aid məlumatlarla buradan tanış olmaq mümkündür.

Məlumat üçün əlaqə nömrəsi:  +99412 421-79-16/228

Elektron poçt: diled@khazar.org