Ev İctimai Türkiyədəki səfirliyimizin tabeliyində Mədəniyyət Mərkəzi yaradılır

Türkiyədəki səfirliyimizin tabeliyində Mədəniyyət Mərkəzi yaradılır

129

Ankara şəhərində Azərbaycanın Türkiyədəki Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzi yaradılır.

Dilimizvarlığımız.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncam Azərbaycan mədəniyyətinin, tarixinin və dilinin təbliği işini genişləndirmək məqsədi daşıyır.

Nazirlər Kabineti Mədəniyyət Mərkəzinin fəaliyyətinin təmin edilməsi ilə bağlı zəruri tədbirlər görməlidir.