Ev İctimai Mədəniyyət və İncəsənət Universitetində TÜRKSOY kafedrası açıldı

Mədəniyyət və İncəsənət Universitetində TÜRKSOY kafedrası açıldı

153

Oktyabrın 16-da TÜRKSOY-un Baş katibi Sultan Raev və rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) olub.

Dilimizvarlığımız.az xəbər verir ki, əvvəlcə qonaqlar universitetin binası ilə tanış olublar.

ADMİU-nun rektoru professor Ceyran Mahmudova qonaqlara universitetin fəaliyyəti, tədris proqramı və beynəlxalq əlaqələri barədə məlumat verib.

ADMİU-nun “Xəzər” tələbə xor kollektivinin ifasında Azərbaycan xalq mahnısı “Laçın” və Qırğız xalq mahnısı “Komuzçu”, eləcə də ADMİU Xalq çalğı alətləri orkestrinin müşayiəti ilə Əvəzxan Əzizovun ifasında “Çırpınırdın, Qara dəniz” və orkestrin ifasında “Cəngi” musiqisi dinlənilib.

Görüş çərçivəsində ADMİU-nun 100, TÜRKSOY-un 30 illiyi münasibətilə universitetdə TÜRKSOY kafedrasının açılış mərasimi keçirilib və iki qurum arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

TÜRKSOY-un Baş katibi Sultan Raev göstərilən diqqətə və yüksək qonaqpərvərliyə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib, bu günlərdə Azərbaycan bayrağının Xankəndidə ucaldılması ilə Qarabağın tam azadlığı münasibətilə hər kəsi təbrik edib.

Bu universitetdə TÜRKSOY kafedrası açıldı
Bu universitetdə TÜRKSOY kafedrası açıldı