Ev Xəbərlər “Vətən Bağı” STİB rəsmi qeydiyyata alınıb

“Vətən Bağı” STİB rəsmi qeydiyyata alınıb

278

“Vətən Bağı” Sosial Təşəbbüslər ictimai birliyi rəsmi qeydiyyata alınıb.

dilimizvarligimiz.az xəbər verir ki, bu barədə birliyin təsisçisi Emin Tarverdiyev şəxsi Feysbuk hesabında məlumat paylaşıb.

O bildirib ki, sosial-ictimai fəaliyyətlərini bundan sonra “Vətən Bağı” ST İB olaraq davam etdirəcəklər:

“İctimai Birliyimiz rəsmi olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydə alındı. 28 dekabr 2021-ci ildə ƏN Qeydiyyat və notariat baş idarəsinə təqdim etdiyimiz sənədlər bugün rəsmi təsdiqlə və ŞƏHADƏTNAMƏ ilə bizə verildi, fəaliyyətimizdə uğurlar arzulandı.

“Vətən Bağı” Sosial Təşəbbüslər ictimai birliyi olanadək gördüyümüz işlər həmişə şəffaf şəkildə sizlərə çatdırılıb. Tam səmimi deyim ki, bundan sonra da görəcəyim işlər şəffaf şəkildə bizə dəstək olan dostlara təqdim olunacaq.

Dəyərli dostlar!

Sənədləşmə işlərində bizə xüsusi olaraq köməklik göstərən insanlar (sosial şəbəkələrdə olsalar da adlarını özüm tag etmirəm) olub. O insanlara haqqlarını bizə halal etməyi xüsusi rica edirəm.

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruca bizim haqqımızda verdiyi yüksək səviyyyəli tövsiyə məktubuna və fəaliyyətimizi Zahid bəyə çatdıran dəyərli dostumuz Əziz Əlibəyliyə, araşdırma zamanı bizim haqqımızda yüksək fikirlər söyləyən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədova, loqomuzun hazırlanmasında səy göstərən Barış və Kamrana, ən əsası isə bizə güvənib yanımızda olan bütün dostlara təşəkkürlərimizi və sayğımızı bildirirəm.

Artıq köynəklərin qolunu çırmalamaq zamanıdı. Çünki görüləcək çox işlər var və bizi gözləyir”.