Ev Xəbərlər Zəka Vilayətoğlunun imza günü keçirilib – FOTOLAR

Zəka Vilayətoğlunun imza günü keçirilib – FOTOLAR

39

Tanınmış yazıçı, Prezident təqaüdçüsü Zəka Vilayətoğlunun “Şah ölüm” adlı kitabının təqdimatı və imza günü keçirilib.

dilimizvarligimiz.az xəbər verir ki, imza günündə, oxucular, bir sıra dövlət adamları, həkimlər iştirak ediblər. Oxucu marağına və qələbəliyinə səbəb olan “Şah ölüm” XIX əsrin sonlarından XXi əsrin otuzuncu illərinə qədərki tarixi dövrdən bəhs edən və bədii-tarixi janrda yazılmış bir əsər kimi diqqəti cəlb edir.

Yüksək oxucu tələbatı nəzərə alınaraq, 22 il ərzində artıq 3-cü dəfə təkrar nəşr olunan “Şah ölüm” romanı, Gədəbəydə doğulmuş, sonradan Qori Seminariyasında təhsil almış çar çinovniki, əsilzadə Məcid ağa Şəkibəyovun keçdiyi həyat yolundan, xeyirxah əməllərindən, 1918-1920-ci illərdə azğın erməni daşnaqlarına, 1929-1930-cu illərdə isə Şura Hökumətinə, bolşevizmə qarşı amansız mübarizəsindən bəhs edir…