Ev Xəbərlər Əkbər Qoşalı Türkiyənin və Özbəkistanın nüfuzlu nəşrlərində..

Əkbər Qoşalı Türkiyənin və Özbəkistanın nüfuzlu nəşrlərində..

713

Milli Məclisin Mədəniyyət komitəsinin eksperti, Mədəniyyət Nazirliyi İctimai Şurasının sədr müavini, Beynəlxalq “ALAŞ” Ədəbiyyat Mükafatı laureatı Əkbər Qoşalının Türk xalqları ədəbiyyatının dövrləşməsinə dair məqaləsi qardaş Türkiyənin nüfuzlu “TARİH” Türk dünyası tarix, mədəniyyət dərgisində yayınlanıb.

Məqalədə türk xalqları ədəbiyyatının yeni bölgüsü
irəli sürülüb. Bu, yazarın “TARİH”də çıxan ikinci irihəcmli məqaləsidir. O, cari ilin fevralında, “Ermənilərin Orta Asiya politikası” adlı araşdırma yazısı ilə çıxış etmişdi.

Ə.Qoşalının şeirləri isə digər qardaş ölkədə – Özbəkistanın nüfuzlu “Cahan ədəbiyyatı” dərgisinin yeni sayında yayınlanıb. Burada yazarın yeddi şeiri oxuculara təqdim olunub. Şeirləri özbəkcəyə istedadlı özbək şair-tərcüməçisi Rəhmət Babacan uyğunlaşdırıb.